SEÇKİ BİTDİ, GÖMRÜKDƏ RÜSUM VƏ RÜŞVƏT ARTIRILDI

Şikayətçi: “Kartofun tonuna 300 dollar ödəmişik, deyirlər xoşuna gəlmir sür maşını dala”

Azərbaycanın qərb çıxıışı sayılan “Sınıq körpü” buraxılış məntəqəsində artıq bir neçə gündür ki, kartof məhsulunun ölkəmizə idxalında problemlər yaşanır. ANS PRESS-in məlumatına görə, buna səbəb rüsumun 2 dəfə qaldırılmasıdır. Bunu kartof daşıyan mal sahibləri deyir .

Şikayətçilər Azərbaycan tərəfə toplaşan mal sahiblərinin Gürcüstan ərazisində növbələr gözləyən sahibkarlardan dəfələrlə az olduğunu bildirdilər. Elə sahibkarlar da problemin Azərbaycan gömrüyündə olduğu qənaətindədirlər.

İndi sahibkarları narahat edən əsas məsələ məhsulun zay olmasıdır. Zərərçəkənlər bildiriblər ki, belə getsə bir neçə günə kartof sıxlıqdan elə yük maşınının içərisindəcə xarab olacaq.

Sahibkarlar bildirirlər ki, Gürcüstan gömrüyünə daxil olmayan yük maşın sahiblərinin çıxış yolu var. Onlar məhsulu geri qaytara bilərlər. Lakin Azərbaycan tərəfə keçmiş yük maşınlarının çıxış yolu ya məhsulu gömrük məntəqəsində ağzı möhürlü saxlamaq, ya da deyilən rüsümü ödəməkdir. Bu isə kartofun maya dəyərindən baha başa gəlir .

Gömrüyü keçən şikayətçidən biri dəqiq rüsumun hələ də bəlli olmadığını və kartofun hər tonuna 300 dollar ödədiyini deyib. “Hər tonuna 300 dollar ödəmişik deyirlər xoşuna gəlmir sür maşını dala”.

“Sınıq körpü“ buraxılış məntəqəsinin rəisi Ceyhun İbrahimov məsələ ilə bağlı ilk olaraq rüsum artımını təkzib etsə də, daha sonra gömrük rüsumunun 50 dollar qalxdığını deyib.

Şikayətçilər isə bir həftə bundan əvvəl kartofun bir tonu üçün 100 dollar ödədiklərini deyirlər. Gömrük postunun rəisi isə bunun əksini iddia edir. Onun sözlərinə görə, kartofun bir tonu bir həftə əvvəl 200 dolara idi.

Qeyd edək ki, "AzPolitika.info"ya verilən məlumarta görə artırılan yalnız rüsum deyil, Gömrükdə brokerlər tərəfindən yığılan rüşvətin həcmi də qaldırılıb. Görünür, hakimiyyətin bu seçkidə xərci çox çıxıb. Ən azı Putini razi salmaq üçün milyardların xərcləndiyinə dair məlumatlar var. Seçki bitər-bitməz hakimiyyətin bu pulu sadə insanlardan çıxaraçağı bəlli idi. Artıq başlanıb. Belə bir vəziyyətdə hakimiyyət təmsiçilərinin utanıb-qızarmadan korrupsiya ilə mübarizədən danışması insanda sadəcə ikrah doğurur.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar