"Neftçi" ilk görüşdə İsrail klubu ilə heç-heçə edib

"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Roberto Bordinin baş məşqçisi olduğu kollektiv İsrailin "Bney Yehuda" kollektivini qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 26-cı dəqiqəyə təsadüf edib. Rəqibin heyətində Tambi Saqas fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Muhammed Qadir "Neftçi"ni yenidən mərkəzə dəvət edib. 42-ci dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+6-cı dəqiqədə Namiq Ələsgərov bərabərlik qolunu vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə baş tutacaq. Bu cütün qalibi Avropa Liqasının pley-off mərhələsində "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar