Tovuzda zəncirvari avtoqəza zamanı 3 nəfər ölüb - YENİLƏNİB

Tovuzda zəncirvari qəzada ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 3 nəfər dünyasını dəyişib.

Onlardan yalnız birinin - "Mercedes" markalı avtomobilin sürücüsü kimliyi dəqiqləşib. Bu, Tovuz rayon sakini Müzəffər Hüseynzadədir.

Hazırda araşdırmalar aparılır.

***

Tovuz şəhərində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Üç avtomobilin toqquşması ilə nəticələnən qəzada ölən və yaralıların olduğu bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar