Rusiyanın baş naziri Dmitri Medvedev Qırğızıstana səfər edib

 

Rusiyanın baş naziri Dmitri Medvedev avqustun 9-da Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın Çolpan-Ata şəhərinə gedib.

APA “Interfax”a istinadla xəbər verir ki, iclasdan qabaq baş nazirin Qırğızıstan prezidenti Sooranbay Jeenbekovla görüşəcəyi planlaşdırılır.

Bundan başqa Medvedev Belarus, Ermənistan və Qırğızıstanın baş nazirləri Sergey Rumas, Nikolay Paşinyan və Muhammetkalı Abılqaziyevlə də görüşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar