ƏLİ HƏSƏNOVUN NƏVƏSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLDİ! - 2 nəfərin ölümünə səbəb olsa da, cəzası ləğv olundu!

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Cinayət Məcəlləsinin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərdə təqsirli bilinən şəxslərə verilən azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ilə qədər olanda şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılır.

Azərbaycanda müəyyən istisnalarla, məhkumlar demək olar ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmırlar. Cəzanın müddətinin və rejimin dəyişdirilməsinə, N.Allahverdiyevin həbsdən buraxılmasına baxmayaraq, yenə də narazı qalıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

“Vəkili şikayətində göstərib ki, qəza vaxtı onun maşınında olmuş dostu Mehdi Əliyevin ölümündə Nail Allahverdiyevin məsuliyyəti yoxdur. Vəkil iddia edir ki, Mehdinin vəziyyəti pisləşdiyinə görə Nail maşını möhkəm sürüb, məqsəd onu tez bir zamanda xəstəxanaya çatdırmaq olub. Amma qəzaya qədər Mehdi artıq dünyasını dəyişib. Qəzanın özünə gəlincə, vəkil iddia edib ki, qəfildən Nailin maşınının qabaq təkəri partlayıb, bu üzdən idarəetməni itirib. Çünki ittihamda yazılıb ki, Nail Allahverdiyev başqa bir maşınla ötüşəndə bu qəzanı törədib. Vəkil kassasiya şikayətində Nail Allahverdiyevə bəraət istəyib. Ali Məhkəmə bəraət verməsə də, onun şərti cəza ilə dərhal məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması barədə qərar çıxarıb”, – deyə mənbə bildirib.

Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Mənbənin sözlərinə görə, Ali Məhkəmə qərarında N.Allahverdiyevin üzərindəki azadlıqdan məhrumetmə cəzasını ləğv edib, şərti cəza verərkən evli, ali təhsilli olması, əvvəllər məhkum edilməməsi, yaşayış yerindən müsbət xarakterizə olması kimi hallara əsaslanıb.

Ali Məhkəmə N.Allahverdiyevə şərti cəza təyin edərkən onun üçün 3 il sınaq müddəti müəyyənləşdirib.

Qəza 3 avqust 2017-ci ildə baş verib. 1994-cü il təvəllüdlü N.Allahverdiyev idarə etdiyi “Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına şırpılaraq yanıb.

Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alıb. Onlar bugünlərdə Türkiyə mediasına açıqlamalarında hələ də sağalmadıqlarını, N.Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə olunub ayağa qalxmaları üçün yardım göstərmədiklərini bildirirlər.

Bu iş üzrə Tekiş cütlüyü də zərərçəkmiş qismində tanınmışdı. Lakin onlar məhkəmədə iştirak etməyiblər. Məhkəməyə məktub göndrərək, N.Allahverdiyevdən şikayət və tələbləri olmadığını göstəriblər.

Görünür, Əli Həsənovun ailəsi onları da razı salıb.

Maraqlıdır,  2 nəfərin ölümü ilə nəticələnən qəzanı Əli Həsənovun nəvəsinin yerinə bir sadə vətəndaşın oğlu törətsəydi məhkəmə onu neçə il azadlıqdam məhrum edərdi? 

 

635x100

Şərhlər

Milət adı ilə yazana 2019-08-09 11:54:13

Bilirsənmi kimə sataşırsan? Bilirsənmi Elçin Quliyevin arxasınd kimlər durur və kimlərdir? Hələ Əli Hsənov bir yana!BUnlar qanundan kənar,istədiklərini edə bilən və edənlərdəndirlər.Bala,ehtiyatlı ol! Hakim nə karədir ki, mamanın gül balasını həbsdə saxlasın? Bilmirsən ki. bura satılmış,soyulmuş Azərbaycandır? Onlar qanundan kənar insanlardır.Qanunlar onlarlıq deyil!

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: 2019-08-09 11:54:13

DÖVLƏT 2 şeydən sarsıla bilər: GÜNAHKAR-cəzasız qalanda və GÜNAHSIZA- cəza veriləndə! GÖRÜNDYÜ KİMİ, artıq sözdə ULU ÖNDƏR-ULU ÖNDƏR DEYƏN MƏHKƏMƏ HAKİMİYYƏT ORQANLARI əməldə AZƏRBAYCAN DÖVLƏTİNİ SARSITMAQ ÜÇÜN QƏRƏZLİ İŞLƏRƏ RƏVAC VERİRLƏR-SONRA AZƏRBAYCAN OLMAYANDA DEMƏYİN Kİ, NECƏ OLDU Kİ, SSRİ kimi Azərbaycanda süquta uğradı???

Roma 2019-08-09 11:54:13

Məqalə bu cümlə iə qurtarır "Maraqlıdır, 2 nəfərin ölümü ilə nəticələnən qəzanı Əli Həsənovun nəvəsinin yerinə bir sadə vətəndaşın oğlu törətsəydi məhkəmə onu neçə il azadlıqdan məhrum edərdi?". Bu suala mənim cavabım belədir "Dövlət iki şeydən sarsılır, Günahsız nahaqdan cəzalandırılanda və Cinayət törətmiş cəzasız qalanda. H.Əliyev" Bax belə Nailin yerinə bir sadə vətəndaş olsaydı ömrünün ən aşağısı 15 ilini "sanatoriya-kurort tipli müəssisədə" küçirərdi...

Fred 2019-08-09 11:54:13

Vicdanı olmayan məhkəmələr bişərəf məmurlar

Millət 2019-08-09 11:54:13

Onu da bilin ki, o nəinki Əli Həsənovun nəvəsidir, həm də Elçin Quliyevin kürəkənidir. Təzə evlənmişdi, həbsxanaya düşdü. Millət, boş verin getsin.... Yerdəki ədalətdən qaçan, göydəki ədalətdən qaça bilməz. Günahın səni tapacaq deyiblər.

EJDER 2019-08-09 11:54:13

HA HA HA MALADES.MEHKEME VE EDLIYYEDE KI,ANALOQU OLMAYAN ISLAHATLAR VE ANALOQU OLMAYAN HUMANIST ADDIMLAR HISS OLUNUR.HESAB EDIREM KI,ESGERLIKDE OLMAYAN ,BABANIN GUL BALASI NAIL BALANI VETEN QARWISINDA XIDMETLERINE GORE XARICE ISTIRAHETE GONDERILMELIDI,BELI DOVLET ,FOND HESABINA,XUSUSI TEYYARE ILE TEMIN OLUNMALIDI...KEYF ELE NA IL BALA.CAMAATI QIR GETSIN

Oxucu 2019-08-09 11:54:13

Vəkil Adil İsmayılov demişkən,bu insanlar nəvələrinin əlindən tutub el-oba,adam arasına necə çıxırlar görəsən.Millət bu qədərmi deqradasiyaya uğradı.Axı əvvəllər el qınağı deyilən bir şey var idi.Qəbahəti olanalar adam arasına çıxmağı özlərinə sığışdırmırdılar.

Elcin 2019-08-09 11:54:13

A voobwe ona her wey olar,o ozumuzkudu.Kim ne deye biler.

Yengibar 2019-08-09 11:54:13

Mirzə, deyəsən axı, havalanırıq, mən bilən, nəşədəndir.Pulu Allah bilənlər üçün nə Dövlət, nə millət bir şey deyildir.Vəkil Adil İsmayılovun yazdıqlarını oxuyuram, çox dəhşətlidir.Düzdür, o vaxtlar da xəbərim var idi olanlardan, amma, indi dövran başqadır axı.İndi ondandan da bərbaddır. Əli Həsənov milyardları tək yeməyib, təbii ki, onun nəvəsini necə tutmaq olar? Bu hələ çooox xırda məsələdir, qaynayan qazanların iyi sonra çıxacaq, onda da gec olacaq, nə biz, nə bu Dövlət olacaq.

Mirzə AĞ 2019-08-09 11:54:13

Bəs, Nailbalaya 6 il hapis cəzası verən hakim? Onu da güllələmək lazımdır axı!!! Gözəlbalanı haqsız yerə soxmuşdu qoduqluğa...

Son yazılar