Putin bundan sonra hərbi sənayeyə şəxsən nəzarət edəcək - QƏRAR

Bu həftə Rusiya Hərbi Sənaye Komissiyasının sədrliyi baş naziri Dmitri Medvedyevin rəhbərlik etdiyi hökumətdən prezident Vladimir Putinə keçib. Bu barədə “Stratfor” analitik mərkəzi məlumat verir.

2006-cı ildə yaradılmış bu komissiya Müdafiə Nazirliyi ilə Hərbi Sənaye Kompeksini dövlətin vahid qanadı altında birləşdirmək məqsədi daşıyıb. Moskvanın öz təhlükəsizliyi üçün sərhədlərindəki qeyri sabitliyə görə narahatçılıq keçirdiyi bir vaxtda NATO Rusiyaya qarşı olan mövqelərini gücləndirir. Ona görə də Putin müdafiə məsələləri ilə məşğul olan şirkət və müəssisələrin effektli işləməsini təmin etməkdən ötrü onları şəxsən öz nəzarətinə götürür.

Komissiya rəhbərinin dəyişilməsindən sonra baş nazirin müavini Dmitri Raqozin öz səlahiyyətlərini yerinə yetirməyə davam edəcək. Ancaq onun vəzifəsinin adında dəyişiklik aparılacaq. Komissiyanın işində D.Raqozin birinci müavin vəzifəsini daşıyacaq. Komissiyanın digər üzvləri isə öz postlarını saxlayacaqlar. Müdafiə nazirinin müvini Yuriy Borisov komissiyanın tərkibinə icra katibi kimi daxil ediləcək. Raqozin özünün müdafiə starategiyası məsələlərindəki döyüşkənliyi və Hərbi Sənaye Kompleksinə sadiqliyi ilə tanınır. Borisov isə az dərəcəli “şahinlərdən” hesab edilir və müdafiə naziri Sergey Şoyquya yaxın adamdır. Komissiyanın tərkibindəki Roqozin və Borisovu təxminən bərabər vəziyyətdə saxlamaqla Putin müdafiə sektorunun hər bir hissəsi üçün balans yaratmaq niyyətindədir. Ona görə ki, son illər Rusiya Müdafiə Nazirliyi və Hərbi Sənaye Kompleksi arasında ciddi şəkildə “tayfa “mübarizəsi gedir.

Bununla Putin birinci dəfə deyildir ki, idarələr arasındakı komissiyanı öz şəxsi nəzarəti altına alır. Prezident Putin bundan əvvəl yanacaq enerji kompleksinin strateji məsələlər üzrə komissiyasını yaratmaqla, onun rəhbərliyini də öz əlinə almışdı. Belə hərəkətlərlə Putin, Rusiyanın enerji dairələrinə məxsus olan şəxslər və təşkilatlar arasındakı mübarizənin qarşısını almağa cəhd edir. Ancaq bu cür nəzarətin nə qədər effekt verəcəyi ilə bağlı xeyli düşündürücü suallar meydana çıxsa da, Putin istəyir ki, Rusiyanın bütün məsələlərində öz “politbürosundan”asılı olmayaraq son söz demək haqqı onda qalsın. Müdafiə Nazirliyi ilə Hərbi Sənaye Kompleksi arasındakı gərginliyi aradan götürməkdən əlavə, Putinin Hərbi Sənaye Komissiyasını hökumətin tabeliyindən çıxarmasının başqa bir səbəbi də var. Hal- hazırda Medvedyev hökumətində 2015-ci ilin büdcəsi və 2016-2017 ci illərin büdcə layihəsi uğrunda amansız mübarizə gedir. Bu prosesin iştirakçıları olan iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və maliyyə naziri Anton Siluanov maliyyə çətinliklərinin artması fonunda Rusiya hərbi büdcəsinin yüksəldilməsindən bərk narahatdırlar. Onların narahat olmalarının əsas səbəbi gələcək on il ərzində Rusiya ordusunun silahala təchiz edilməsi proqramı üçün lazım olan 770 milyard dollar həcmindəki vəsaitdir. Bu hərbi xərclərin 25% artırılması deməkdir. Belə artımın planlaşdırılmasına 2013-cü ildə başlanmışdı, lakin maliyyə çətinlikləri üzündən proqramın həyata keçirilməsində ləngimələr yarandı. İndi həmin proqrama 2015- ci ildən başlamaq fikrindədirlər. Ancaq bu məsələ ilə əlaqədar Medvedyevin hökuməti tərəfdən yenidən tənqid səsləri eşidilir.

Hazırda Putin müdafiə portfelini birbaşa öz nəzarətinə götürüb. Bu isə hərbi xərclər haqqında son qərarın onun tərəfindən veriləcəyi mənasına gəlir. Ümumiyyətlə isə bütün bunların hamısı V.Putinin təhlükəsizliyin gücləndirilməsi şərtləri daxilində Rusiyanı və onun maraqlarını qoruya biləcək yetərli və güclü hərbi sənaye sektorunun yaradılmasında tam şəkildə qərarlı olması barəsində verdiyi siqnaldır.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar