MÜHARİBƏYƏ BAŞLAMAQ OLARMI? – “Rusiyanın “beşinci kolon”unu unutmamalıyıq”

Elxan ŞAHİNOĞLU

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır” açıqlamasından sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmı?”

Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə, əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi. Çünki illərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlamasıyla dediklərimizi təsdiq etdi.

Digər tərəfdən, Paşinyan açıqlamasıyla Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, Nikol Paşinyanın düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər.

Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir.

İşğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir. Ancaq bu qərar böyük məsuliyyət tələb edir, hərtərəfli ölçülüb-biçilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyə qədərki bütün hakimiyyətlər Qarabağa görə iqtidarlarını itiriblər. SSRİ dövründə Əbdürrəhman Vəzirov Qarabağdakı separatizmdən doğan nəticələrdən ölkəni tərk etdi, eləcə də Ayaz Mütəllibov hakimiyyətini eyni məsələyə görə itirdi. Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi, Xankəndiyə yaxınlaşdıq. Ancaq hakimiyyət içində olan xaos, üstəgəl xarici qüvvələrin desktuktiv addımları ordumuzun qazandığı uğurların üstündən xətt çəkdi və nəticədə Elçibəy də faktiki Qarabağ uğursuzluqlarına görə hakimiyyətini itirdi. Çünki Surət Hüseynov fenomeni də Qarabağdakı hadisələr fonunda ortaya çıxmışdı. Prezident İlham Əliyev bu tarixi gerçəkliyi nəzərə almaya bilməz.

Azərbaycanın Ermənistan üzərində qələbəsini və torpaqlarını azad etməsini istəməyən Rusiya amili var. Bu çox ciddi maneədir. Məhz bu amil 1990-cı illərin əvvələrində ordumuzun Xankəndiyə daxil olmasını əngəllədi. Surət Hüseynov da bu amilin doğurduğu nəticə idi. Məhz bu amil 2016-cı ilin aprelində hücum əməliyyatımızın genişlənməsinə və daha çox ərazimizin azad olunmasına əngəl oldu. Bütün bunları görə-görə gəlmişik.

Rusiyanın Azərbaycan daxilindəki “5-ci kolonu”nu da unutmamaq lazımdır. Həmin kolonun nümayəndələri üçün müqəddəs heç nə yoxdur, onlar şimaldakı ağalarının əmrini yerinə yetirmək üçün vətənlərini də satmağa hazırdılar, necə ki, onların babaları 1920-ci ildə Cumhuriyyətimizi bolşevik ordusuna satmışdılar. Üstündən 100 il keçsə də vətənini düşmənimizin müttəfiqinə satmaq istəyənlər yox olmayıb. Bu amil də müharibəyə başlamaq məqsədilə düyməyə basmağa mane olur. Çünki içəridən istənilən təxribata əl ata bilərlər. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tam əmin olmalıyıq, əmin olmalıyıq ki, hücum planımız Moskvanın və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəgəl snayperlərimiz də düşmənin itkilərini artırmalıdır...

(Yazı müəllifin Facebook hesabından götürülüb)

635x100

Şərhlər

kamran 2019-08-09 15:39:48

Rusiyanın 5-ci kolonunu yox, Azərbaycanın erməni kolonunu unutmayın.

İsa 2019-08-09 15:39:48

Peşəkar analitik E. Şahinoğlunun ən zəif ,bəsit arqumentli (Rusiya amili, 27 illik iqtidara qədər Vəzirov,Mütəllibov və Elçibəyin hakimiyyəti itirmələri,5-ci kolon və s...)bu qeydləri məndə təəssüf doğurdu.Paşinyan ərazimizdə dövlətimizi aşağılayan, etibarsızlaşdıran bəyanatlar səsləndirir,xarici dövlətlərin nümayəndələri ilə beynəlxalq skandal oyadan nəhəng syasi(idman) tədbiri keçirir,ilhaqdan ə s. danışır müəllif bunu düşmənin "populizm"i və bizimçün "diplomatik..." manevrə şərait hesab edir.

Vətəndaş 2019-08-09 15:39:48

Sən də nala mıxa vurursan. Kol-kos qırırsan. Rusiya bir bəhanədir. Sadəcə müharibə etməyə gərək bu Vətəni sevəsən. Pul vəzifə yox Vətəni.

Türk 2019-08-09 15:39:48

Elçibəyin vaxtında insanlar düşmənələrimizə qarşı əzmlə vuruşurdu. Hansı ailədən milli orduda adam yox idisə utanırdılar. Tez kimsə gedirdi orduya. O qədər insan gedirdi ki otkaz edirdilər.Qəbul etmirdilər. Təxribatçılar milli xainlər imkan vermədilər. Yoxsa indi orada bir dığa da yox idi. İndi isə düşmən bizi təhqir edir. Torpaq almaq cəhənnəm Çıxıb bir söz deyən belə yoxdur. Hökumət torpağı almalıdır. Ya da imkan verməlidirlər xalqa partizan müharibəsinə-Vətən müharibəsinə başlamaq lazımdır. Varlılar onsuz da vətən uğrunda ğlümə gedən deyil. Ancaq kasıb əhali vuruşub torpağı alacaq. Birdəfəlik bu maymaqlığa, bevejliyə son qoymaq lazımdır.

Oqtay 2019-08-09 15:39:48

Rusların bir yaxşı misalı var PLOXOMU TANSHORU YA,,,SA MEŞAYUT.Müharibə etmək üçün iradə olmalıdır Ermənilər kor deyil görürlər ki bizi idarə edən məmurların başı qarışıb ölkədən pulları oğurlayıb xaricə daşımağa və nizam intizam -o-dərəcəsindədir .Bunu görüb başa düşürlər ki bu nizam intizamla başlasaq da qalib gəlmək inanılmazdır onun üçün də balə qudurublar.Ölkədə müharibə şəraiti yoxdur çal çağırdır ərəblər bir yandan Jara o biri yandan gündə bir müftə yeyənlər tədbirləri konfranslar iclaslar idman yar

Son yazılar