NAZİM İBRAHİMOVUN OĞLU DA ŞİRKƏT YARATDI - Əmilərinin "təcrübəsindən" istifadə edəcəkmi?...

Vergilər Nazirliyi "Skypark" Mənzil-Tikinti Kooperativini dövlət qeydiyyatına alıb. "Report" nazirliyə istinadla xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 20, mənzil 22/23, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Elnur Nazim oğlu İbrahimovdur.

Söhbət Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrinin oğlundan gedir.

"AzPolitika.info" qeyd edir ki, gənc İbrahimovun tikinti sektoruna maraq göstərməsi təsadüfi deyil. Onun əmiləri illərdir bu sektorda fəaliyyət göstərirlər - yaxşı ad çıxarmasalar da.

Məsələn, Nazim İbrahimovun qardaşı Sahib İbrahimov da tikinti şirkəti təsis edərək mənzil tikib satırdı. Sonradan S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı çoxsaylı faktlar ortaya çıxdı. Belə ki, vətəndaşlar müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərini ala bilmədikləri, bir mənzilin iki və daha artıq şəxsə satıldığı məlum olmuşdu.

Buna görə S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri də seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Nazim İbrahimovun digər qardaşı İbrahim Nehrəmli isə (özünü Hacı İbrahim kimi təqdim edir) təkcə bir fırıldaq layihə ilə - "Xəzər adaları" layihəsilə dövlətin 800 milyondan artıq vəsaitini "göyə sovurub".

Nazim İbrahimovun özünün isə Diasporla İş üzrə Dövlət Komitəsindən biznes maraqlarını reallaşdırmaq üçün istifadə etdiyinə, dövlətin bu sahəyə ayırdığı pulları təyinatından yayındırdığına dair konkret ittihamlar var...

Baxaq, görək oğlu nə edəcək?...

Xatırladaq ki, 1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E.İbrahimov Londonda ali təhsil alıb. Onun adı hərbi xidmətdə olduğu dövrü istirahətdə keçirdiyinə dair məlumatlar və bunu təsdiqləyən fotolar yayılmışdı. Elnur İbrahimovun xidmət dövrünü hərbi hissədə yox, ayrı-ayrı istirahət mərkəzlərində, şəxsi təyyarəsində, müxtəlif xarici ölkələrdə keçirdiyi iddia olunurdu...

Bu fotolar Nazim İbrahimovun oğlunu ələ verdi: Adı hərbi xidmətdə, özü isə...- FOTOFAKT

Bu fotolar Nazim İbrahimovun oğlunu ələ verdi: Adı hərbi xidmətdə, özü isə...- FOTOFAKT

Bu fotolar Nazim İbrahimovun oğlunu ələ verdi: Adı hərbi xidmətdə, özü isə...- FOTOFAKT

AzPolitika.info

635x100

Şərhlər

EJDER 2019-08-09 16:47:42

AYE BU NATEMIZLERE KIM ,,KRIWA,,LIQ EDIR,AYE.ANALOQU OLMAYAN HOKUMETIMIZINAVANQARD MEMURLERI.HANSILARLA KI,GUYA BIZ INKIWAF EDIRIK.APROPA DEYIR ,AYE BELKE BIR YAVAWLAYASINIZ.BIZIMKILER ,NET KI NET,LUKAWENKO CANI YAVAWLAMAYACAQIQ...HA HA HA

Naxchivanli Enver 2019-08-09 16:47:42

Bu ibrahimovlar tayfasi chox.. sortdu. Ozleri kimisi yoxdu. Onlarin babalari da bele olub Naxchivanda kimnen sorushsan tesdiqleyer.

Fuad 2019-08-09 16:47:42

Sahib ibrahimovun tek kurekeni var Ramil gaynatasinin shotuna ozunu tutub. Gardashi Emili bankdan mashennikliye gore govublar az gala icheri gedirdi gurtardi canini.

Adəm 2019-08-09 16:47:42

Əmisi İbrahimlə şapka Mamed dövlətin yüz milyonlarlsrla vəsaitinin başına elə bir daş saldılar ki,onlara baxanda elə məndə həvəsə gəlib,lavaş üzərində ölkə salaram,adınıda qoyaram "akulalar adası"

Azərbaycanlı 2019-08-09 16:47:42

Bu ölkədə hər şey bunlarındır. Qalan əhali isə bura gəlmədir.

Son yazılar