“GALENVAGEN”İN TƏKƏRİ ALTINDA ƏZİLƏN MƏHKƏMƏ... – Onun nəvəsi kimdən artıq idi?

Azərbaycanda bizneslə məşğul olan, yaxud olmaq istəyən xarici iş adamlarının ən birinci iradı həmişə ölkəmizdəki məhkəmə-hüquq sistemilə bağlı olub. Biz hələ öz vətəndaşlarımızı demirik. Hüquq sistemimiz, məhkəmələrimiz o qədər açıq-aşkar qanunsuz, ədalətsiz əməllərə, qərarlara imza atıb, o qədər günahsız, yaxud cüzi qanunsuz əməli olan “sahibsiz” vətəndaşları zindana göndərib, əvəzində canilərin, rüşvətxorların, dələduzların “üzünə gülüb” ki...

Bu gün məlum oldu ki, “Qaçqınkom”un uzun illər sədri olmuş, hazırda isə baş nazirin müavini vəzifəsini daşıyan Əli Həsənovun 2 nəfərin ölümünə bais olan nəvəsi Nail Allahverdiyev azadlığa buraxılıb. Ona əvvəl 6 il iş verilsə də, sonradan Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib, Ali Məhkəmə isə ümumiyyətlə şərti iş kəsərək, azad edib.

Əlbəttə ki, kimliyindən asılı olmayaraq, heç kimin, özü də belə cavan yaşında zindana düşməsini kimsə arzulamaz. Lakin bu qəzanı törədən N.Allahverdiyev insanların şüurunda kimin yaxını olduğu, bu qəzanı neçə yüz minlik maşında və necə törətdiyi, ümumiyyətlə nəyə, kimə arxayın olub özünü belə apardığı kimi suallarla assosiasiya olunur. Bu kateqoriyadan olanlara qarşı isə cəmiyyətin böyük kəsimində qıcıq, bəzən isə kin, hiddət var.

Əlbəttə ki, hər kəs soruşa bilər - axı doğrudan da, kimdir Əli Həsənov, kimdən artıqdır? Azərbaycan üçün bu qədərmi əhəmiyyətli, böyük xidmətləri olan, milləti, xalqı üçün fədakarlıq etmiş, canını vətən yolunda qoyan bir vətəndaş, məmurdur? Onun rəhbərliyi dövründə “Qaçqınkom”dan narazı qalmayan qaçqın, köçkün oldumu? Adamın qohum-əqrabasının adına olan mülklərin, var-dövlətin, biznesin sorağı Almaniyadan belə daha haralardan gəlmir, amma yenə də “Qaçqınkom”un sədrliyindən gedəndə xidməti “BMW”-sini də özü ilə apardı. Nədən onun nəvəsi hansısa üstünlüyə malik olmalı, 2 nəfərin ölümünə görə 2 il yatıb çıxmalıdır, hansısa kasıb isə buna bənzər qəzaya görə dəfələrlə ağır cəzalara məhkum edilməlidir?

Hətta tam bəraət tələb edən vəkilin məhkəməyə müraciətindən belə məlum olur ki, sən demə N.Allahverdiyevin yanında oturan mərhum cavan oğlan hələ qəza baş verməmişdən dünyasını dəyişib, maşının qəzaya düşməsi isə təkərinin partlaması nəticəsində baş verib və heç bir avtoxuliqanlıq, başqa maşınla qaçdı-tutdu oyunu olmayıbmış... Və belə görünür ki, məhkəmə də buna “inanır”, yoxsa nədən Əli Həsənovun nəvəsini azad etsin ki? Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan məhkəməsi Əli Həsənovun nəvəsinin “Galenvagen”inin partlayan təkərinin altında qalıb...

Təbii ki, burada hər şey gün kimi aydındır, bu, Azərbaycan reallığıdır. Sadəcə, düşündürücü məqam budur ki, ilin əvvəlində verilmiş ölkə başçısının məhkəmə islahatları ilə bağlı fərmanı doğrudan da bu sahədə canlanmaya səbəb oldu və cəmiyyəti xeyli ümidləndirdi. Bəs Əli Həsənovun nəvəsilə bağlı verilən az qala bəraət mahiyyəti daşıyan bu məhkəmə qərarı həmin fərmanın tələblərilə nə dərəcədə uzlaşır?...

Yeri gəlmişkən, qəzada ağır xəsarətlər alan Türkiyə vətəndaşları hələ də tam sağalmadıqlarını, qarşı tərəfin onların məsrəflərini və müalicə xərclərini ödəmədiklərini idddia edirlər və bunu Türkiyənin aparıcı telekanalları yayımlayır. Bu isə onsuz da Azərbaycanın məmur ordsusunun həsəd aparılmayacaq imicini növbəti dəfə yerdən-yerə vurur.

Tanınmış vəkil Adil İsmayılov Hacı Məmmədovun işilə bağlı “AzPolitika”da da dərc olunan yazısında məhkəməyə sədrlik edən hakim Əli Seyfəliyevlə dialoqundan söz açır. Hakimin dediklərinə fikir verin: “Siz elə bilirsiniz ki, mən yazdıqlarınızı bilmirəm? Necə fikirləşirsiniz, mən Baş prokurorun imzası ilə təsdiq olunmuş ittiham aktı ilə məhkəməyə daxil olan işi geri qaytarmalı idim? Özünüz ağıllı adamsınız, bunun nəticəsinin nə olacağını məndən də yaxşı bilirsiniz...”

Yaxud, olsun məlum fərmandan sonra bir neçə hakimin bütün əndazələri aşan əməllərinə görə səlahiyyətlərinə xitam verilməsi, hətta rüşvətə görə həbs olunması. Budur Azərbaycan hakiminin durumu, günü, güzəranı - bir gözü “yuxarıların” tapşırıqlarında, o biri gözü “müştərilərin” cibində!

Hörmətli Əli Həsənov isə hələ 2015-ci ildə uzaq İndoneziyadan gələn bir nümayəndə heyətinin qarşısında çıxış edərkən Avropa Parlamentini korrupsiyaya bulaşmış bir qurum adlandırmışdı və bu qurumla bağlı görün nə demişdi: “Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər!...”

Bəli, Əli müəllim bunu Avropa Parlamenti üçün deyib və deyilənlərin Azərbaycan məhkəmələrilə heç bir əlaqəsi yoxdur...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Etibar 2019-08-09 17:22:45

Cəmşid adlı şərhçiyə müraciət olaraq bildirirəm ki,Azərbaycan hakimiyyəti YAPın təməli qoyulandan korrupsiya siyasəti aparır və Mələk adlı şərhçi düz qeyd edir ki,bu ilk və sonuncu fakt deyil.Birmənalı olaraq hamımız bilməliyik ki,"qozbeli qəbir düzəldər" atalar sözündə deyildiyi kimi,ölkədə vəziyyəti yalnız başdan ayağa korrupsiyalaşmış bu hakimiyyətdən qurtulmaq düzəldər.Odur ki,hər birimiz imkan verməyək ki, iqtidar bizə qul kimi baxsın,şərəf və ləyaqətiimizi qoruyaq!Bu hamımızn müqəddəs borcudur!

melek 2019-08-09 17:22:45

Bizim ölkəyə xas olan hadisədir. Heç nə təəccüblü deyil. Çünki, pul bu ölkədə hər problemi həll edir.

Cəmşid Dərələyəzli 2019-08-09 17:22:45

Son qərarı verən Ali məhkəmənin hakimləri dəırhal hakimlikdən xaric edilməlidirlər. Bu düpbə-düz Ölkə Başçısının məhkəmə-hüquq sistemində islahatların aparılmasına dair vermiş olduğu fərmanı sabota etməkdir Pirallahının Başçısı Vasif İmanovun 3 ildir bu qabildən olan Manaf Manafov kimi mənaviyyatsızı müdafiə etməsi də sabotajdır. Bu işlə əlaqədar Apellasiya Məhkəməsinin hakimi Abiddin Hüsüynovun verdiyi qərar da sabotajdır. O qərarında cavabdehin məhkəmədə yarğılanmasını istisna hal kimi dəyərləndirir.

Akif 2019-08-09 17:22:45

Adama müraciət: heç vaxtı hər hansı qanunsuzluğun və qəddarlığın qarşısını hər hansı qarşığla almaq haqqında düşünmək sadəlövdir. Biz,vətəndaş olaraq həmrəylik göstərib bu haqsızlıqların qarşısını almalıyıq.Gürcüstan,Qıeğızıstan və Ukrayna xalqlarından biz acızıkmi? Xeyir,biz 1988-ci ildə olduğu kimi birləşid bu antixalq siyasəti aparan YAP hakimiyyətindən qurtulmalıyıq.

ivan 2019-08-09 17:22:45

qardaşlar, biz SSRİ-də sosializmi birinci yıxaraq kapitalizm qurmuş və buna gprə 90-cı ildə dünyada ilin xalqı adını qazanmış bir xalqıq, İndi Bu birinciliyin dadını çıxarırıq,kapitalizmdə isə bərabərlik Olmur və ola da bilməz...

Samira 2019-08-09 17:22:45

Allah Hüseyn Cavidə qəni rəhmət eləsin..Burada onun bir şeri yerinə düşər. Dinləməz kimsə qəlbi vicdanı məhv edən haqlı məhv olan haqsız başçıdır xalqa bir yığın cani hər münasib şərəfsiz əxlaqsız

turist 2019-08-09 17:22:45

İnşAllah nail balanın növbəti şikarı həmin hakimin ən əzizi olar.

Adam 2019-08-09 17:22:45

Nail balanın bu törətdiyi cinayt əməlindən rüşvət gücüilə “hakimlərə”qalib qalib gəlməsinə görə əks istiqamətdə alqışlayıram.Nail,onun valideyinləri və gül-bülbül babası unutmasınlar ki, Azərbaycan xalqının qarqışları onların üzərindən heş vaxt əskik olmayacaq. Və onlar heç vaxt xoşbəxt olmayacaqlar.

Etibar 2019-08-09 17:22:45

Ümumdwnya Bankı dünən bütün dövlətlər üzrə hesabatını açıqladı və hakimiyyətin iş üzünü açdı.Hesabatda göstərilib ki,Azərbaycanda əhalinin 57 faizi yoxsulluq riski altındadır,işsizlik Bakı şəhərində 27,reqionlarda 30 faizdir,əhalinin 16 faizi yoxsuldur.Hamınızdan xahiş edirəm bu hesabatı oxuyun və onda əmin olacaqsınız ki,hakimiyyət daim saxta rəqəmlərlə bizi aldatmaqla məşğuldur...

Mehdi 2019-08-09 17:22:45

Niye hamidan artiq deyilki neve.Gormusunuz mordasi ne yekelikdedi.Elbetde pulu artiqdi,sifeti artiqdi.masinlari artiqdi.evleri,villalari artiqdi.Artiq olmaq neteri olar.Ele bele olardeee.

EJDER 2019-08-09 17:22:45

EWWI ......INTERNET ESRIDI AYE.QAJQINLARIN PULU YEYEN ,GUSAJAQ ,SARAKOZI CANI.LAP GULMELIDI,HAKIMLERIM MAAWLARINI BEW MIN MANAT EDIBLER.HA HA HA........ NE TOHBE.HARA GEDIRIK,QARABAQ YADDAN CIXIF

Azərbaycan vətəndaşı 2019-08-09 17:22:45

Yəqin bu Galenvageni ona babsı ilə qaynatası aprel döyüşlərində qəhrəmanlıq göstərdiyinə görə hədiyyə ediblər.

Oqtay 2019-08-09 17:22:45

Elə belə işlərə görə YAPdan və YAP rəhbərliyindən xoşum gəlmir. Haradan və kim onları tapıb seçib ora qoyub?

Elli 2019-08-09 17:22:45

tamamilə düzgün yazınızı dəstəkləyirəm.

Etibar 2019-08-09 17:22:45

Hörmətli redaksiya və oxucular!Diqqət yetirin, görün .....Yalnız şərəfsiz insanlar belə faktlara göz yumar və öz özlüyündə deyər ki, "it hürərə karvan keçər". Hər birimiz öz şərəf və ləaqətimizi qoruyaq və bu hakimiyyətə yox deyək.

Урка 2019-08-09 17:22:45

Бизде дейирий бабамыз вар. Баба беле олар. Меним балам гед сабах чыхан кими бир автомат ал ики нефериде вур олдур е бу миллет гырылмалыды . Нарахат олма сени бурахдырачам ай бала кейф еле. Наш суд самый гуманный суд ......

Səməd 2019-08-09 17:22:45

Hörmətli Cəlal müəllim! İlk dəfə deyil ki, Sizin aktuallığı, cəsarətliliyi və millətsevərliyi nümayiş etdirən məqalənizə rast gəlirəm. Buna görə təşəkkürlər və sükanı belə saxlayın. Dövlət iki fundamental dəyər üzərində formalaşır və inkişaf edir: ədalətli məhkəmə və mülkiyyətə hörmət. Çox təəssüf ki, biz bu dəyərlərə həsrətik.

Etibar 2019-08-09 17:22:45

İstər Əli Həsənov, istərsə də YAPl tımsil edın yüksık vızifıli məmurlar şəxsi maraqlarını güdənlərdir....

miri 2019-08-09 17:22:45

Məmləkətdə çoxdan ədalətin pul dəyəri var. Məhkəmələrdə ədalətli qərar almaq üçün çoxlu pul vermək Lazımdır. Bu qədər pul isə ancaq haqq və ədalətin nə olduğunu bilməyən hakim zümrənin əlindədir. Ona görə "yazıq millət, yazıq dövlət" deməkdən başqa əlimizdən heç nə gəlmir. Allah çatsın dada, İnşəallah.

Akif 2019-08-09 17:22:45

Oqtay, ....başdan ayağa korrupsionerlərdən ibarətdir.Onlar üçün Vətən və xalq təəsübü yoxdur. Onları yalnız xalqın sərvətlərini (neftini,qazını,dənizini, meşlələrini) talan etmək düşündürür.

edalet 2019-08-09 17:22:45

Ehtiyyatli olun ay millet,sabahdan Nail bala oz mawin kolleksiyasinnan birinin sukani arxasina kececey.Gorey novbeti qurbanlar kimler olacaq.Mehkemelerimizde his olunurki,boyuk reformalar olub.

Son yazılar