TAHİR VƏ TOLİK...  – YAP-çı deputatdan heyrət doğuran hərəkət (FOTO)

Hərdən Milli Məclisin bəzi üzvləri çaşıb düz söz deyəndə, çox ümidlənmişik, düşünmüşük ki, deyəsən bunlar doğrudan da millət vəkili olmaq, xalqın sözünü demək istəyirlər. Lakin çox keçmədən ya dediklərini təkzib ediblər, ya da söylədiklərinin tam əksini sübut edən əməllər törədiblər…

Cəmi ikicə gün əvvəl Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Tahir Rzayev mətbuata açıqlamasında YAP-ın sıralarına ağına-bozuna baxmadan kimin gəldi qəbul edilməsindən gileylənmişdi. Və misal kimi cinsi azlıqların nümayəndəsi hesab etdiyi Toliki göstərmişdi. Sitat: “Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Onunla eyni partiyada təmsil olunmaq şəxsən mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram. Bu təkcə partiyanın adına xələl gətirmir, həmin adamların öz adlarına da xələl gətirə bilər…”

Bu gün isə sosial şəbəkələrdə YAP-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyilə birgə keçirdiyi tədbirdən yayılan fotolara rast gəldik. Və bir daha şahidi olduq ki, bəzi deputatların “ipinin üstünə odun yığmaq” olmaz və bunların əksəriyyətilə “ingilis bayrağı” da bacarmır, çünki onun cəmi iki üzü var…

Aşağıdakı fotoya fikir verin, “sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram” deyən Tahir Rzayev, həmin sözündən cəmi 2 gün sonra Toliklə yan-yana durub, hələ qoluna da girib fəxrlə şəkil çəkdirir. Özü də əvvəl dediyi kimi, heç də “bundan pis olan” adama yox, əksinə, fəxarət hissi keçirənə bənzəyir. İndi “axı Tolikin YAP-da nə işi var” deyən deputatdan soruşan lazımdır ki, bəs sənin Tolikin yanında nə işin var?

tolik

Görəsən bu 2 gündə nə oldu, nə dəyişdi? Bəlkə Tolik “haqq yoluna” qayıdıb və depuat da bundan dərhal xəbər tutub? Yoxsa 2 gün əvvəl cəmiyyətə əxlaq, adət-ənənə dərsi keçən, Tolikin bizim mentalitet üçün yad sima olduğunu bildirən hörmətli deputatımız onun qoluna girməzdi, qətiyyən! Özü demişkən, adına xələl gətirədi axı! Bizdədə ki, Allah eləməsin, adamın adına söz çıxdı, vəssalam! Ancaq görünür, Siyavuş Novruzovla Eldar İbrahimovun da Tolikin yanında durduğunu görəndən sonra kişi ürəklənib…

Zarafat bir tərəfə, təbii ki, kiminsə cinsi orientasiyasını müzakirə etməkdən uzağıq. Ancaq dünən cinsi azlıq hesab edib bəyənmədiyi adamın qabağından bu gün kimlərinsə danlağından sonra qaçan, az qala onunla qucaqlaşmağa, ona sarılmağa hazır olan bir deputatdan nə gözləmək olar?

Bu mənzərə həm də başqa bir sual doğurur – görəsən daha çox kim kimin yanında durmağa layiq deyil, Tolik deputatın, yoxsa deputat Tolikin?

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Beyləqani 2019-08-10 00:26:04

Bəlkə tahir fikirli olub, Tolikin gəlib Səyəvuşla onun arasına girməsini görməyib.

Mehman Beye 2019-08-10 00:26:04

Butun yazilmis fikirler doqrudur. En qisa ve ela Mehman bey yazib. YAP ele. T O L i K DIR !

Uzaqgörən 2019-08-10 00:26:04

Yaxın zamanlarda Qoliki deputat edecekler

Ekspert 2019-08-10 00:26:04

Başa düşmwrəmm,burda təəcüblü nə var ki? Tolik öz partiyasına, partiyası da ona layiqdir.YAP-da tolik tək deyil. Araşdırın, görəcəksiniz.Yapın əsas üzvləri: toliklər,tolik kimi nazirlər, deputatlar(Fotoda sübut),ictimai təşkilatlar. mədəniyyət nazirliyi və s.-dir. Baxın lider partiya kimlərdən ibarətdir...

Millət 2019-08-10 00:26:04

Hər ikisi cəmiyyət üçün ayıbdır.Belə adamların ortaya çıxarılması isə millətə,mentalitetə qarşı cinayətdir.Elə Toliki ortaya çıxaranlar da elə ondandır.

AAgahuseyn 2019-08-10 00:26:04

Belə deputatı olan millətin belə də aparıcısi olar.DOSTUNU mənə ğöstər sənin kim olduqunu deyim-DEYİB ATALAR.ALLAH SİZƏ RƏHMƏT etsin atalar.SU-suyu tapar su-cuxuru.

fikrət 2019-08-10 00:26:04

tolik sənə molodes yerini tapmisan yapda otur orda sənin yerin oradi tezliklə səni ... ya mavin qoyarlar

Fuad 2019-08-10 00:26:04

Yeni Azərbaycan Partiyası ....

Alı 2019-08-10 00:26:04

Hörmətli Mehman! Məncə isə YAP-ın əsil yeri Tolikin yanıdır.

xalqın oğlu 2019-08-10 00:26:04

Şərəfli olub şərəfsiz,Şərəfsiz olub Şərəfli,düz söz deyən olub, yalançı, yalançı olub düz söz deyən... hər şey tərsinə dövran edir indi......

ALI 2019-08-10 00:26:04

Tolik YAP-ın LİDERLƏRİ SIRASINDA.YAP-ın bugünkü durumunun ən ugurlu ifadəsidir.Görünür YAP Tolikin xətrini xoş etmək üçün tələsik tədbir keçirib və artıq hansı ləyaqət sahibi bu fotoda görünən Tahir Rzayevi də sürüyüb gətirib tolikin qolundan tutmagı "tövsiyyə" edib.Ölün, yerə girin.Görün hardan hara gəldiniz

Mehman 2019-08-10 00:26:04

Məncə Tolikin əsl yeri elə YAPdır.

Ruslan 2019-08-10 00:26:04

Vallah haqqa girmek nejada gunahdi bular onu o dynyada basa dysajaklar Siz olarin balka gunahin bilirsiz amma tovbasin bilmirsiz Balka 4 sahidinuz var? Ya yanlarinda sam tytmusuz? Yazixlar olsun siza Tolik goran heirxax islari balka yazanlar hec yarisinda elamiyib Yazixlar olsun ... Gunahlari ortun balka sizinda Allah gunahivuzi o dunyada ortsun O gadar vajib islar var kor beyi goyub neyi danisirsiz . Tfu..Kim neynir nejadi Allah bilur insanlara galmiyib

edalet 2019-08-10 00:26:04

Tahir sen evde arvad uwagin gozune nece baxacaqsan bunnan sonra.

Köhnə azərbaycan 2019-08-10 00:26:04

Təklif edirəm Tahir Rzayevə "Şərəf" nişanı verilsin və Hollandiyanın fəxri vətəndaşı seçilməsi üçün müraciyyət hazırlansın.

oxucu 2019-08-10 00:26:04

Bəs o biriləri haradadır?! Samiraldo, Samir Bağırov və digər...ləri. Onlar da şəkildə görünsəydilər daha maraqlı və möhtəşəm olardı. Elə deyilmi, cənab deputatlar? Onlarla da şəkil çəkdirib ictimailəşdirməyi unutmayın!!!

Ismayil 2019-08-10 00:26:04

xxppp tfuuuuu

azərbaycanlı 2019-08-10 00:26:04

Bu unikal şəkil Milli Məclisin nə gündə olduğunu əyani şəkildə sübut edir. Toliklə olan bu tarixi şəkli Milli Məclisin arxivində saxlamaq lazımdır! Görün bir milləti nə günə qoyublar?! TFUUUU!!! Gör nə gündəyik ki, Tolik TV-də veriliş aparır, insanların ailə məsələlərinə, şəxsiyyətinə müdaxilə edir. Onları mühakimə edir, "mülahizələr" yürüdür, "tövsiyyələr" verir. Görəsən, bu haqqı ona kimlər verib?! MM-in deputatları?! Bu milləti nə günə qoydular, ilahi?!

Corc Oriel 2019-08-10 00:26:04

Yazıq millət gör kimlərin ümidinə qalıb.....

Sus 2019-08-10 00:26:04

Görəsən bu məmurlar, deputatlat(debillər) axşam ailələrinin yanına qayıdan da, hansı kişilikdən danışırlar?bİRİ OĞRU, O BİRİ İKİÜZLÜ,yıxıbdır evimizi bir belə "düzlü",Sabir də gəlmir ki..... gələcəyimiz görsün ki,biz də var imiş.Əjdaha ilan başı Moskvada,zəhərli gürzə yatıb atreksionda.Bu şeiri bədahətən yazdım ki, burada hər şey var.

Mehdi 2019-08-10 00:26:04

Qoca kisdirdee,yaqin ki, tanimayib bu tolikdi yoxsa ayrisidi.

lerikden Mehmmed Hesen emi 2019-08-10 00:26:04

bala men illerdi Taliw yaylaqlarinda ewweyimle qoyun quzu otareyem, and olsun oz canima Tolik yoxeee Zorikde bu kiwiden abirlidir , kecen defe ewweyimle sohbet edirdik dedi mene ki bes Tahir eke deyb ki Tolik hara men hara,dedim ay ulaq sen hara Tahir hara ??? azdan coxdan xeyrin var ele etme ki kimese gore samanini kesim..

Kənar adam 2019-08-10 00:26:04

Zatən onlar millət vəkili deyillər, deputatdırlar.

Azəri 2019-08-10 00:26:04

Toliklə bir cəmiyyətdə olan onunla şəkil çəkdirən də elə Tolikin tayıdır.

Əli 2019-08-10 00:26:04

TFU

Son yazılar