AZƏRBAYCANI AVROPA STRUKTURLARINDAN KİMLƏR AYIRIR?- Qarşıdurma dərinləşir

Xəstə olan Elxan Süleymanov bəyanat verəcək, böyük-böyük məqalələr yazacaq, müsahibə verəcək durumda olmadığı üzə çıxdı

AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, bu qurumun bitse-prezidenti Elxan Süleymanov hazırda Bilgəh qəsəbəsindəki bağ evindədir və xəstədir, ambulator müalicə alır.

Bu məlumatı Minval.az saytına ötürən mənbə bildirib ki, hazırda E.Süleymanov Avropa üstqurumlarıyla mübarizə aparacaq, böyük-böyük məqalələr yazacaq, müsahibə verəcək durumda deyil.

Ona görə də sual çıxır: əgər E.Süleymanov xəstədirsə, o, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli olması ilə bağlı materialları necə hazırlayır və bunları ölkənin siyasi rəhbərliyi ilə necə razılaşdırır?

Onu da qeyd edək ki, Avropa Parlamentində Azərbaycana yönəlik qəbul olunmuş iki qətnamədən birində 9 oktyabr seçkisinin beynəlxalq standartlara cavab vermədiyi bildirilir və siyasi məhbusların azad edilməsi tövsiyə olunur. E.Süleymanov məhz bu qətnaməyə qarşı kəskin çıxış edib və AP-nin Azərbaycanda təxribat və iğtişaş törətmək cəhdində günahlandırıb.

Belə ağır ittihamlara məruz qalan AP-nin digər qətnaməsində isə Ermənistan ciddi şəkildə tənqid olunur, onun Azərbaycan torpaqlarını işğalda saxlaması qeyd edilir.

Beləliklə, aydın olur ki, hakimiyyətin mənafeyinə toxunduğu üçün Azərbaycan rəsmiləri tərəfindən tənqid olunan AP-nin ölkəmizin ümdə maraqlarının müdafiəsi üçün qəbul etdiyi qətnaməni diqqətə alan yoxdur.

Qeyd edək ki, E.Süleymanovun məqaləsinin və bəyanatını ruhu onun Prezisent Adminstrasiyasında hazrlandığını söyləməyə əsas verir. İstisna deyil ki, bəyanat Ramiz Mehdiyevin birbaş diktəsi ilə yazılıb. Hər halda E.Süleymanovun özbaşına Azərbaycan nümayəndə heyəti AvroNest PA-da fəaliyyətini dayandırmaq haqda qərar qəbul etməsi mümkünsüzdü.

Byanatın Azərbaycanla Qərb arasında uçurumu dərinlədirməyə, ökəni Avropa strukturlarından ayıraraq yenidən Rusiyanın qucağına atmağa çalışan "köhnə qvardiyanın" maraqlarına cavab verdiyi isə göz önündədir.

Hələ bir neçə gün öncə müdafiə naziri dəyişdirilərkən, biz bunun həm də Azərbaycan hakimiyyətinin yeni xarici siyasət kursunun anonsu olduğunu söyləmişdik. Adı beynəlxalq korrupsiya hesabatlarına düşmüş nazirlər dura-dura NATO ilə yaxşı münasbətləri olan, Qərbpərəst kimi tanınan Səfər Əbiyevin işdən çıxarılmasının, onun yerinə Rusiya meyili "Naxçıvan klanının" təmşılşisi Ramiz Həsənovun gətiriməsinin sadə kadr dəyişiliyi olmadığını görmək çətin deyil. Bu bir tərəfdən son seçkidən sonra ölkədə real hakimiyyətin Qərblə yalnız öz maraqları çərçəvəsində əməkdaşlıqda maraqlı olan "Naxçıvan klanının" əlinə keçməsini göstərirsə, digər tərəfdən də hakimiyyətin üzünü birmənalı olaraq Şimala çevirdiyindən xəbər verir.

Qərbin seçkinin nəticələrin tanımaması isə "köhnə qvardiyanın" necə deyərlər, arzularının reallaşmasına şərait yaradıb. Əllərinə fürsət keçmiş kimi Azərbaycanın Avropa struturları ilə əməkdaşlığını kəsib, ölkəni yenidən Rusiyanın çətiri altına sürükləməyə cəhd edirər. Son proseslər buna müüəyyən qədər müffəq olduqlarını da göstərir. Ancaq unudurar ki, çox güvəndikləri Moskva əvvəlki Moskva deyil. Artıq Qərbin yumruğunu stola bərk çırpması Kremil elə silkələyir ki, üstünə yapışanların hamısını ətrafa səpələməli olur.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar