Mingəçevirdə 4 nəfər qarpızdan zəhərlənib

Mingəçevirdə bir ailənin 4 üzvü qarpızdan zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəş küçəsi 84 ünvanında baş verib.

Belə ki, süfrə başında qarpız yeyən bir ailənin 4 üzvünün halı pisləşib və zəhərləndikləri məlum olub. Zəhərlənən şəxslər - 1960-cı il təvəllüdlü Şərifov Eldar Şərif oğlu, 1987-ci il təvəllüdlü Şərifova Tünzalə Arif qızı, 1966-cı il təvəllüdlü Şərifova İlhamə Fariz qızı və 1937-ci il təvəllüdlü Fəridə Kərimova dərhal xəstəxanaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar