Kürdəmirə əsgər yanına gedən şəxs qəzaya düşüb

Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, qəza zamanı 1988-ci il təvəllüdlü Qasımov Səxavət Saleh oğlu kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı aidiyyəti üzrə həkim müayinəsinə götürülüb və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmiş Kürdəmirdə yerləşən "N" saylı hərbi hissəyə əsgər yanına gedirmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar