Avropa şurasından Rus banklarına qadağa

Rusiyanın beş bankı müflis ola bilər

Avropa Şurasının sədri Herman van Rompey Avropa Birliyinin beş Rusiya Dövlət bankının qiymətli kağızlarının müraciətinin maksimal müddətini 30 günə qədər azaldacağını bildirib.

ANS-in məlumatına görə, bu şərt kağızları Avropa investorları tərəfindən alına bilən o banklara Rusiyaya qarşı sanksiya siyasətin çərçivəsində tətbiq ediləcək. Həmçinin Dövlət bankları Avropa Birliyinin bank bazarında kreditləşdirilə bilməyəcək.

Güman edilir ki, məhdudiyyətlərin altına Rusiyanın “Sberbank”, VTB, VEB, “Qazprombank” və “Rosselxozbank” bankları düşəcək.

Daha əvvəl bildirilirdi ki, Avropa Birliyi Ukraynada sülhə riayət etmə vaxtı Rusiyaya qarşı sanksiyaların tətbiqini təkrar gözdən keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar