Onlarla sürücü cərimələnib - VİDEO

Kürdəmir rayonunda “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı reyd keçrilib.

Səbəb son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu nəqliyyat vasitələrinin istismarının atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərməsidir.

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının birgə keçirdiyi reyd qanunvericiliyə uyğun olaraq tədbirlər görmək məqsədi daşıyır. Reyd həmçinin baş verə biləcək hadisələrin qarşısını əvvəlcədən almaq və sürücülərlə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Tədbir çərçivəsində bəzi sürücülər avtomobillərinin normal işlədiyini bildirərək təkrar yoxlama tələb ediblər. Bundan başqa, avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və nəqliyyat vasitəsinə əlavə konstruksiya edən sürücülər də aşkarlanıb.

Reyd zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb və onlardan 50-yə yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub.

635x100

Şərhlər

edalet 2019-08-12 15:15:43

Bes Bakida bele tedbirler niyegore kecirilmir.Salyarkaynan iwleyen mawinlarin yarisi dehwetli derecede qara tustu buraxir fezaya.Bu weherin bir yiyesi tapilacaq?

Son yazılar