EYVAZOV ZEYNALOVUN MÜAVİNİNİ İŞDƏN ÇIXARDI - Yeni təyinat + FOTO

Polkovnik Mübariz Şahbazov təqaüdə göndərilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mübariz Şahbazov uzun illərdir Baş DYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. O, 2017-ci ilin oktyabrında yaş həddi ilə əlaqədar təqaüdə göndərilən polkovnik Hacımurad Abdullayevin rəhbərlik etdiyi Qeydiyyat-İmtihat İdarəsinin rəisi vəzifəsini də daşıyırdı. Bu idarə həmin tarixədək şöbə statusu daşıyırdı.

635x100

Şərhlər

edalet 2019-08-12 15:46:24

Vilayet muellim xaiw edirik Kamran muellimi Respublikanskinin reisi tein edesiz.O cox edaletli ve durust adamdir.Eminem ki,o polise inami dahada yukseldecek.

Son yazılar