“Rustavi 2” satışa çıxarıldı

Gürcüstanın “Rustavi 2” telekanalı satışa çıxarılıb.

RİA Novosti xəbər verir ki, bunu televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi deyib.

Onun sözlərinə görə, kanalı satmasına səbəb 24 milyon dollardan çox borcunun olmasıdır.

İş adamı deyib ki, şirkəti dərin maliyyə böhranından çıxara bilmir və müflisləşmə həddindədir.

K.Xalvaşi qeyd edib ki, kanalın alqı-satqısı üçün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilidən başqa istənilən şəxslə danışıqlara hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar