Myanmada sürüşmə nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb

Myanmada sürüşmə nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi ölkənin Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışlar təbii hadisənin bütün qurbanlarının cəsədləri tapılana qədər davam etdiriləcək.

Daha əvvəl bildirilirdi ki, Myanmanın cənub-şərqində yerləşən Mon ştatında sürüşmə nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar