Deputatın ticarət mərkəzi üzə çıxdı - SƏNƏD

"Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Azər Badamov Qusarda ticarət mərkəzi tikdirib".

"AzPolitika" arqument.az-a istinadla xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Milli Məclisin deputatı Azər Badamov sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib: "YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib".

Jurnalist bildirib ki, Azərbaycan Repsublikasının Konstitusiya görə, Milli Məclis deputatlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir, lakin vəzifəli şəxslər və deputatlar qanunvericiliyə əməl etmirlər.

Azər Badamov isə yayılan məlumatla bağlı açıqlama verməyib.

635x100

Şərhlər

EJDER 2019-08-12 23:04:46

QANUNA GORE DEPUTAT,MEMUR BIZNESLE MEWQUL OLA BILMEZ,SAQ OLMASINLAR.AYE BU ANALOQU OLMAYANLAR,MEZAYIR HARA BAXER,MAAWINIDA QALDEYEFLER,SAQ QALDIRMASINLAR,KORDULAR,HEC EHTIYACLARIDA YOXDUR,HAMISI NATEMIZDI.AYE ,BU QANUN KIMINCUNDU,HIYYYLUKAWENKO UCUN ,YOXSA SARAKOZI UCUN,HIYYYY,,BATYA PUL LAZIM OLSA VIZIV AT,QURBANDI.QARABAQI ALMAQA LAZIMI OTUZ ILE YAXINDI KI,AXTARIF TAPA BIL;MEYERLER

Son yazılar