"Binə" ticarət mərkəzində yanğın olub

"Binə" ticarət mərkəzində yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Elli 2019-08-13 09:34:20

kabelin içindəki metalın tərkibini yoxlayın. baxın ora əlavə nə isə başqa yanan metal tərkib qarışdırılmayıbki metala qənaət məqsədi ilə? baxın görün neçənci dəfədir ki, ticarət mərkəzləri yanır. kabelin metal hissəsinin tərkibini yoxlamaq belə çətin şeydir bəyəm?

Son yazılar