Suriya ordusu 3 səhra komandirini zərərsizləşdirib
Baxiş sayı:
Dərc olunub:
13/08/2019 - 10:37
Suriya ordusu qanunsuz silahlıların İdlib vilayətindəki Xan-Şeyxune şəhərindəki mövqelərinə hücum edib.
Bu barədə "Report" "Al-Masdar"a istinadən xəbər verir.
Bildirilir ki, hərbçilər "Ceyş əl-Əhrar" ekstremist qruplaşmasının 3 səhra komandirini məhv edib. Silahlılar Sukeyka şəhərində öldürülüblər.
Xəbərdə həmçinin qeyd edilir ki, hökumət qüvvələri əməliyyatın sonunda düşmənin müdafiə xəttini yarıblar.
"Ceyş əl-Əhrar" ekstremist qruplaşması "Cəbhət ən-Nüsrə"nin mövqeyində döyüşərək bu terror qruplaşmasını müdafiə edir.
Daha əvvəl Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.