Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin maaşları artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarla tənzimlənəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” və “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarlara müvafiq dəyişiklik edib.

Eyni zamanda “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara edilən dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Beləliklə, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun maaşı 1265 manatdan 1710 manata, icraçı direktorun müavininin maaşı 985 manatdan 1380 manata, şöbə müdiri və baş mühasibin maaşı 649 manatdan 910 manata, baş məsləhətçinin maaşı 451 manatdan 630 manata, aparıcı məsləhətçinin maaşı 429 manatdan 600 manata, məsləhətçinin maaşı 418 manatdan 585 manata, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin maaşı 220 manatdan 340 manata, sürücünün maaşı 242 manatdan 320 manata, xadimənin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Digər dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr də ödəniləcək.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar