DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir kadr islahatına imza atıb.

“AzPolitika.info” “Avtosfer.az” saytına istinadla xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 

Bu baxımdan, V.Eyvazovun M.Rəhimovu vəzifəsindən uzaqlaşdırması, ümumiyyətlə DYP sistemində kadr islahatlarına başlaması təqdirəlayiq addımdır. Heç şübhə yoxdur ki, bu proses ümumilikdə korrupsiyalaşmış BDYP rəhbərliyinin tam tərkibdə istefaya göndərilməsinə doğru gedir. Bunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin müddəaları da tələb edir.

Belə ki, bu Əsasnamənin 8-ci fəslində (“Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları” adlanır-red.) polkovnik rütbəsində xidmətkeçmə 55+5 yaş, general-mayor rütbəsində isə 60+5yaş müəyyən olunub. 1951-ci il təvəllüdlü və 68 yaşlı BDYP rəisi Ramiz Zeynalov bu yaş limitini artıqlamasilə doldurub, hətta belə demək olar ki, o, son 3 ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini qanuna zidd şəkildə tutub. Eyni zamanda artıq 60 yaşı tamam olmuş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərov da sözügedən əsasnamənin tələbinə görə, daha bu vəzifəni tuta bilməz. 

Bu baxımdan, çox böyük ehtimalla, ən geci bu ilin sonunadək BDYP-nin rəhbərliyində ciddi dəyişikliklər olacaq.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Mubariz 2019-08-13 16:37:55

Bu millet haçan aģilli olacaq başa duşmurem.Niye anlamisiz ay tupoylar sizker ozynuz hačab pravani oxuyub almisiniz Ne yaltaq yattaq şerhler yazirsiniz.Ikidene Talişi işden azad etdi yerine 2 dene ya Naxči ya başqasi formal kukla teyin edilecek

perviz 2019-08-13 16:37:55

aparan aoarib o pullar dovlete geri qaytarilsaydi bir menasi olardi

AAgahuseyn 2019-08-13 16:37:55

Qaradaq r-nu ərazisində yerləşən meyvəli BAZARININ qarşısındakı dairədən birbaşa dairəyə daxil olan maşınlar Yol Hərəkəti hakqında qanunu kobud surətdə pozaraq birbaşa dairəyə daxil olur.buda qəzaa şəraiti yaradır.DYP-əməkdaşlarına dedikdə onlar acıq deyirlər bunu buz edə bilmirik bizə bu işə qarışmaqı qadaqan ediblər...

HARAY HAZİ 2019-08-13 16:37:55

Hörmətli Vilayət müəllimin BDYPİ-dəki vəzifəli kadrları işdən azad etməsi təqdirəlayiqdir. Yeni təyin etdiklərinə görə isə zamanı gələndə xalq tərəfindən münasibət bidiriləcək. K.Əliyev zaman-zaman sürücülərin gözünə kül üfürüb, QANUNa hörmətsizlik edib, özünü çox bilən kimi göstərib, lakin çox biliksizdir, güclü himayəçisinə görə bu günədək işləyə bilib. BDYPİ-də yaxşı mənada nümunə göstəriləcək vəzifəli Kazımov Elşəndir. Sonra da Əhmədov Balakişi. Çox bilikli və vicdanlıdırlar. Haqqı nahaqdan ayırırlar.

Abdullah 2019-08-13 16:37:55

Teki ele olsun bir den Sefer mehdiyev kimi olar butun qohumlarını gömrüye getirdiyi kimi olmasın.güya islahat aparır bacısı oğlu idarə rəsisin müavinidir,onun qaynı komitede reis müavini.bakı baş gömrük idaresinin reisi kenan da ki qohumların yığıb başına hamısı pul yığır. Onlardan başqa heç kəsə olmaz pul götürmək biyabırçılıq föndərinlər gömrüyü

ilqar 2019-08-13 16:37:55

ayibdi hec olmasa bezileriniz rey yazmayin ne qeder savadsiz ve yaltaq biriyik rehimov yerinde oturub icra edir reis muvinin de yerine basqa bir oliqarx qoyulub ay yaltaqlar...

Demokratik fikirli adam 2019-08-13 16:37:55

Şəkidə Qydiyyat idarəsinin rəisi(Natiq və korupsioner oğlu lətifov) və müavini 40-ildir ki, həmin vəzifədə işləyirlər... Onların ələri korrupsiyaya qurşanıb...? Maşın nömrələridə (cüt) eyni mafiozlaşmış adamlara verilir...? Cənab Nazir Şəkini yaddan çıxartma........?

Düz söz 2019-08-13 16:37:55

Toplayanların yerini dəyişəndə cəm dəyişmir.. Belə ki, Nazir pölmə rəisini işdən azad edib,yerinə Melorasiya ASC-nin sədri Əhməd Əhmədzadənin kürəkənini təyin edib ? Nə fərqi var,görək bir kasıb balasını rəis təyin edirlərmi.....?

Anar amirov 2019-08-13 16:37:55

Vilayet eyvazov. Duzgun qerar qebul.edib hallal olsun musviq Rehimov rusvedxorun en. Boyuyudu Lenkaran xezer Palac onun du milyon qazanir o abyekden ne xezer lenkaranda ebile abyekdi var bunun ..

yengibar 2019-08-13 16:37:55

DYP -də Kamran adlı göyçək bir oğlan var, tez tez mətbuata çıxıb göyşək-göyçək danışır. Ötən həftə nömrə alverindən danışanda yazmışdım ki, bu deyəsən Müşviqi tanımır.Baxsınlar Gürcüstana, utansınlar, 200-300 dollara istəsən itinin də adını nömrə yerinə yazdıra bilərsən.Bakıda nə qədər desən gürcü nömrəli maşınlar gəzir.Gürcülər bu nömrə mifini belə dğıtdılar, Bunlar isə hələ də 5000-10000-20000 manata nömrə satır, axmaqları talayır.Ölün, yerə girin! Guya, yeni gələn almayacaq?- İki qatını alacaq!

Hörmətli oxucu! 2019-08-13 16:37:55

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli oxucular! . sadəlöv olmayın! Yəni göz görə-görə xalqı axmaq yerinə qoyub başına corab hörürlər. Maraqlısı budur ki, “Dələduzluqla, fırıldaqla, soyğunçuluqla milyonlar qazananlar cinayətkar kimi ittiham olunmaq əvəzinə, işdən çıxarırlar vəssalam.Nə qədər düzdür? Onlar mütəşəkkil dəstədirlərdilər, böyük cinayətlər törədirlər, ondan yayınmağın yollarını və bütün incəliklərini bilirlər. Dəyişətlisi odurki, hər şey xalqın gözünün qabağında olur.Nədənsə hörmətli nazir “AKULALARA” yaxınlaşa bilmir.”Akulalardan “başlamaq lazım idi! Qoy ədalət zəfər çalsın!»

azad 2019-08-13 16:37:55

Deməli şəkildəki nə Müşfiiq m-dir, nədə Mübariz m. Ağzuvuz nə gəldi yazırsız, əlivizə nə şəkil düşüdü qoyursuz. Dəhşət.

Mehdi-yə 2019-08-13 16:37:55

Sadəlövhlük də bir sənətdir.Vilayət müəllim aydan gəlib ki.bunları düzəltsin? Axı o da bu mətbəxin daxilində olan adamdır.

t.ədalət 2019-08-13 16:37:55

DAM sisteminə yeni gətirilmiş adamların əvvəlkilərdən yaxşı olacağına inanmaq sadəlövhlük olardı.Ancaq Zabratdakı texniki baxış mərkəzində bu il heç kimdən rüşvət alınmadı.

Vətəndaş 2019-08-13 16:37:55

Maraqlıdır,bəs hörmətli Ramil Usubovun bu işlərdən xəbəri olmayıb? Xəbəri olubsa niyə ölçü götürməyib,olmayısa niyə olmayıb?Bu suallar hamı üçün maraqlıdır.Bəs Vilayət müəllim? Axı o da bu qurumda axı yetərli vəzifə tuturdu.

Q.Mustafayev 2019-08-13 16:37:55

Sadelov sözler işletmeyin,onlar ruşveti tekmi yeyirdiler?

Mubariz 2019-08-13 16:37:55

Minnetdaram Vilayet M Size. Vilayet M Sizden artiq derecede xahish edirem Meyvelide Cellad Afiyeddinede bir el gezdirin, Mushfiqin sag elidi O. Allah onun evini yixsin. Vilayet M DYP-ni duzeltsez bu millet omur boyu Size minnetdar olacaq. Ramiz Zeynalovun 156-166-175-nide yada salin. Ayda milyonlar yigirlar. Qailer milleti yigib Cana, butun gunu Seherde 156-166-lar gezir hec kim hecne demir. Ekologiya Fuadi yaddan cixarmayin, Balakishi post komandirlerinin eliynen ayda 5.000.000 Azn yigir.

Mehdi 2019-08-13 16:37:55

Vilayet müsellim cox düzgün bir xett götürün.Hiss olunur.imumiyyetle automobil müfettişliği sisteminde cox boyuk değişiklik olsa,Vilayet Eyvazovun xalq arasında bir bes artar.Beleki,sıracı polis becerinden tutmuş generala sefer hamisini işden qovub yerlerine yeni,savadli,medeniyyetli avropa tehsili görmus insanlar getirilmelidir.Bu dediklerim ancaq helelik yol polisine aiddir.Vallahda billahda duzeltmek cox asandir.Umid edekki Vilayet muellim yol polisinde bu neqativ hallari duzeldecek.Amin.

edalet 2019-08-13 16:37:55

Halal olsun Vilayet muellim!!!

Son yazılar