Ermənistanın müdafiə naziri fərari əsgərindən danışıb

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan ordusuna əsir düşən erməni hərbçi barədə danışıb.

Musavat.com erməni mediasına istinadla bu barədə məlumat verir. Erməni nazirin iddiasına görə, ehtimal ki, əsgər azaraq təmas xəttini keçib. Əksər hallarda həyasız bəyanatları ilə gündəmdə qalmağı bacaran D.Tonoyan bu dəfə də işğal altındakı ərazilərdə dözülməz vəziyyətdən xilas olmaq üçün fərarilik edən və Azərbaycan ordusuna əsir düşən əsgərlə bağlı həqiqəti danmağa çalışıb. Müdafiə naziri bu barədə “ArMİ-2019” yarışları çərçivəsində sualları cavablandırarkən iddialar irəli sürüb.

Xatırladaq ki, 12 avqustda, saat 12.00-da 2000-ci ildə Ermənistan ərazisində anadan olmuş Araik Kazaryan təmas xəttinin Füzuli rayonu istiqamətindən ağ mələfə qaldıraraq Azərbaycan ordusuna təslim olub. D.Tonoyan qızıl-qırmızı yalanı ilə erməni ordusundakı özbaşınalıqlardan yaxa qurtarmaq istəyən əsgərinin bədənindəki işgəncə əlamətlərini və əlindəki “bayrağı” da danmağa çalışıb. Ancaq onu da əlavə edib ki, məsələ ilə bağlı araşdırmalar aparılır. Tonoyan bildirib ki, əsgərin geri qaytarılması ilə bağlı müxtəlif təşkilatlara, o cümlədən Qırmızı Xaç Cəmiyyətinə müraciət edilib.

Qeyd edək ki, bununla Azərbaycanda əsirlikdə olan erməni hərbçilərinin sayı 3-ə çatıb. Bəzi mənbələr hesab edir ki, Azərbaycan erməni hərbçilərinin geri qaytarılması müqabilində Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri tələb edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar