“Hafka” ilə qardaşı arasında narazılq yaranıb

Zeynal Məmmədov qardaşından ayrılaraq Latviyada trikotaj fabriki alıb və bu bizneslə məşğul olmaq niyyətindədir

“Baglan Holding”in prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov biznesini Pribaltika respublikalarından birinə köçürür. Bu barədə məlumatlı mənbədən xəbər almışıq. Mənbənin dediyinə görə, buna səbəb qardaşlar arasında olan narazılıq olub. Hafiz Məmmədov qardaşının “Bakı” klubuna başçılıq etdiyi dönəmdən xüsusi ilə narazı qalıb, onun pullarını göyə sovrulmasının əsas günahkarı kimi Zeynal Məmmədovu təqsirli bilib.

Məlumata görə, Zeynal Məmmədov qardaşından ayrılaraq Latviyada trikotaj fabriki alıb və bu bizneslə məşğul olmaq niyyətindədir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar