Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Bakıda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.

4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar