Bakıda zəncirvari qəza baş verib, yeddi maşın toqquşub
Baxiş sayı:
Dərc olunub:
13/08/2019 - 23:03
Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.
Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.