UDUZDUNUZ - ÖZÜ DƏ NECƏ?!

«Qarabağ»ın Kipr klubu ilə cavab oyununa görünməmiş səbrlə baxdım. Çünki bu komanda mənim üçün çox doğmadır. Ona görə yox ki, mən ağdamlıyam. Həm də ona görə ki, bu komandanı uzun illər «dişimiz-dırnağımızla» saxlamışıq, cibimizin pulu ilə dolandırmışıq.

Ədalət naminə qeyd etməliyəm ki, o vaxtlar Ağdam yerində, «Qarabağ» da öz şakərində idi - pis oynamırdı və bizi indiki kimi məyus etmirdi. O vaxtlar komandanın büdcəsi demək olar təkcə oyuncuların əmək haqqından ibarət olardı - çox vaxt məşqçisi heç məvacib də almırdı...

İndi komandanın büdcəsi milyonlarla ölçülür, fəqət, oyunu 5 qəpiyə dəyməz! «Apoel»lə son görüş bunu açıq şəkildə ortaya qoydu.

Bizi naümid və rüsvay etdiniz! Ayıb olsun sizə (bu tənəni Rəşad Sadıqova aid etmirəm)!!! Dayandırın bu rüsvayçılığı - bir daha meydana bu sifətdə çıxmayın!!!

Əcnəbi oyunçuları buraxın getsinlər evlərinə - onlardan bizə silahdaş olmaz. Qoyun, ağdamlılar özləri oynasınlar. Eybi yox, gözləyərik - püxtələşərlər, oynayarlar, Ağdam da dəstək olar. Bizim də indi olduğu kimi, ürəyimizdən qara qanlar axmaz!!!

Qurbanov da özünə başqa bir iş tapar. Bilirəm o, prinsipial adamdır, nə yazıq ki, bu işdə təkcə prinsipiallıq yetərli deyil.

Gedin, qardaşlar, gedin - daha belə oynamayın!!! Bizi üzməyin...

Mirzə AĞ

AzPolitik.info

635x100

Şərhlər

VETENDAW KOROQLU 2019-08-14 00:20:05

AYE,ROVNENQI BURAXIN ORA,BUTUN NESLINI YIXIF,OYNASIN

APOKALIPSIS 2019-08-14 00:20:05

Mirze agdi qaradi kimdi bilmirem! Yazdigi yazidanda bellidirki ..mirzeqaradi.. senin kimsenki bir meglubiyyete gore QARAB.in qazandigi qelebelere ..kolge.. salmaq isteyirsen? APOEL beyem zeif komandadi ki sen bele ..professor..kimi Qurban mellime yol gosterirsen?Iki oynayan komandanin biri udar digeri uduzar! Bu idmandir her sey olar udanda yaxsi idi bir oyun uduzdu oldu pis? Sen eger ele bilensense bax gor Apoel novbeti gorusu nece komanda ile oynayacaq! Burda zeif komanda yoxdur koman. destek ol. lazimdi!

Mirzə AG-a 2019-08-14 00:20:05

Bu komanda (Azərbaycan futbolu) ölkəni rüsvay edir.Təsadüfi məşqçilər( bacarıqsız,kimlərinsə dostu,qohumu),ordan-burdan əldən qalan "futbolçuları" yüksək qonorarla ( razılaşdırılmış-yəni yarı sənin-yarı mənim)gətirib ortaya çıxaranlar niyə susqunluq edirlər? Onlar anlamırlar ki, oyunları boş,tamaşaçısız stadionlarda geçirilir,ağıllı tamaşaçı belə sönük,zəif futbola baxmağa zaman sərf etmir. Ən pisi odur ki,müvafiq nazirlik də susur.Çünki onları da formula-1,mənasız yarışlar maraqlıdır. Bu isə biabırçılıq

Son yazılar