Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Dərc olunub: 14/08/2019 - 00:32

15304372-00bf-4a90-a023-c248d2e94b19Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında iki avtomobil toqquşub.

Qəzada hər iki sürücü 48 yaşlı Mirzoyev Namik Kərim oğlu və 35 yaşlı Əliyev Ənvər Məhəmməd oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mirzoyev Namikə qapalı kəllə-beyin travması və beyin silkələnməsi, Əliyev Ənvərə isə belin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır.






loading...


Fikrinizi bildirin