“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli olub

Dərc olunub: 14/08/2019 - 09:17

qarabag-2018“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

“Report” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda “Linfild”lə üz-üzə gələcək.

Şimali İrlandiya çempionu Avropa Liqasının III təsnifat mərhələsində Monteneqro “Sutyeska”sını hər iki görüşdə məğlub edib – 2:1, 3:2.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar aqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.








loading...


Fikrinizi bildirin