DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”

Son 10 ildə Rusiya təhlükəsi ABŞ-ın xarici siyasət sahəsi üzrə ekspertlərinin və dövlət məmurlarının düşüncələrində əsas yeri tutur. Bu qorxu Rusiya hökumətinin ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxiləsi ilə xüsusilə böyüyüb.

Xüsusi məsələlər üzrə keçmiş prokuror Rober Müller deyib: “Bu, yeganə cəhd olmayıb. Onlar bununla indi də məşğul olurlar. Və ruslar bunu növbəti seçki kampaniyasında da etmək niyyətindədirlər...”

Bəs Rusiya üçün böyük təhlükə ABŞ-dır?

Rusiya üçün ən böyük təhlükə isə, əslində nə ABŞ, nə də hər hansı digər xarici hökumət yox, məhz elə Rusiyanın özüdür?

Vladimir Putinin keçmiş sovet ərazilərini ilhaq etmək istiqamətində fəaliyyətlər göstərməsi, xarici dövlətlərin infrastrukturlarına koordinasiyalı şəkildə kiber hücumlar təşkil etməsi, həmçinin də ölkə daxilindəki demokratik haqların müdafiə səviyyəsini aşağı salması Rusiyanı güclü göstərə bilər.

Lakin əsl həqiqətdə bugünkü Rusiya həm 1613-1917-ci illərdə mövcud olmuş Romanovlar imperiyasından, həm də Sovet İttifaqından əhəmiyyətli şəkildə zəifdir.

Rusiyanın ən böyük problemi - onun daxilidir! Bu geniş Avrasiya ölkəsi bütün əhalini əhatə edəcək milli özünəməxsusluq yarada bilməyib. Milyonlarla Rusiya vətəndaşı öz dövlətinə qarşı etibalı münasibət göstərmir. Çünki Moskvanın yerli seçkilər üzərindəki sərt nəzarəti zəifləyən kimi bu qruplar müstəqillik tələb edəcək. Moskvanın sərt siyasəti isə Putinin prezident olmadığı zaman mümkün ola bilər.

Antropoloji, tarixi və politoloji yanaşma ilə demək olar ki, Putini qorxuya salan saatlı separatizm bombası 10, 20 ildən, maksimum 30 ildən sonra partlayacaq.

Nəyə görə?

Üç ciddi səbəb var:

Birincisi - Rusiya daxilində separatizm impulsları güclüdür. Biz hələ cəmi iki nümunə göstərək: Rusiyanın mərkəzindəki iki etnik muxtar respublika olan Tatarıstan və Başqırtıstan.

Onların güclü milli təşkilatları var - “Azatlık” (Tatarıstan gənclər ittifaqı) və “Başkir Kuk Bure” (Səma qurdu). Həmin təşkilatlar bu regionun digər türkdilli və fin-uqor millətçilərini ittifaqa dəvət edirlər. Onlar hələ də Kazanın 1552-ci ildə İvan Qroznı tərəfindən zəbt olunmasını qəzəblə qeyd edirlər. Digər tərəfdən isə 1990-cı və 2000- ci illərin əvvəlindəki Rusiya-Çeçenistan müharibəsini görmüşük. Bu müharibənin gedişində minlərlə insan öldürüldü.

Rusiyadakı sepratçı hərəkatlar qanlı və uzunmüddətli ola bilər. Söhbət təkcə etnik azlıqlardan getmir. Zəngin təbii resurslara malik Sibirdəki, həmçinin də Ural və Uzaq Şərqdəki etnik ruslar bir neçə dəfə öz müstəqilliklərinə nail olmağa cəhd ediblər.

Putinin varisi dövründə ölkədəki sərt vahidliyin öz yerini separatçılıq gündəliyinə güzəştə gedəcəyi istisna deyil. Rusiyanın növbəti rəhbərinin kim olacağını yalnız ehtimal etmək olar. Həmin adamı öz prezidentlik müddətinin sonunda şəxsən Putin seçəcək. Putinin müxtəlif qruplar və regionlar üzərində həyata keçirdiyi sərt nəzarəti onun varisinin də saxlaya biləcəyi hələlik məlum deyil. Güclü ictimai institutların olmadığı Rusiyada bu cür nəzarət səviyyəsi, ölkənin bütöv halda mövcudluğunu təmin etmək üçün çox vacibdir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yəqin ki, öz məşhur sözünün reallaşacağını görəcək: “Hələ ki, Putin varsa, Rusiya da var; Putin yoxdursa, Rusiya da yoxdur!”.

İkincisi - Rusiyanı birləşdirən ideologiya öncəki gücünə malik deyil. Putinin köməkçisi Vladislav Surkov iddia edir ki, Rusiya yeni tarixi fazaya daxil olub: burada söhbət “Putinin uzun dövləti”ndən, qlobal ideologiyadan gedir.

Əslində Putinizm özündə Avrasiya mədəniyyətini bütöv yox, qeyri-sabit və dayanıqsız şəkildə təcəssüm etdirir. Rusiyanın ultramühafizəkar filosofu Aleksandr Duqin Avrasiyaçılığı “dördüncü siyasi nəzəriyyə” adlandırır.

Avrasiyaçılıq düşüncə məktəbidir və 1920-ci ildə anti-kommunist əhval-ruhiyyəli rus emiqranları arasında meydana gəlib. Bu düşüncəyə görə Rusiya sivilizasiya kimi xüsusi bir məsih rolunda çıxış edir. Dördüncü siyasi nəzəriyyə liberalizmə qarşı yeni səlib yürüşü kimi faşizmdən və kommunizmdən “yaxşı” olanları götürür. Duqin kommunizmdən ateizmi, faşizmdən isə rasizmin çıxarılmasını təklif edir və bildirir ki, onları ümumi bir missiyada birləşdirmək lazımdır.

Bu cür ideologiya nə qədər qorxulu görünsə də, onu əvvəllər Rusiyada iki hakim ideologiya olmuş çarizmlə və marksizm-leninizmlə bir cərgəyə qoymaq olmaz.

Rus xalqı bir neçə əsr ərzində çarın müqəddəsiliyini real həyat bağlarıyla təmin edib. Müstəmləkəçilikdən sonrakı dövrdə marksizm və leninizmin maddi nemətlər bolluğunun bərabər bölüşüdürülməsi ideyası bir çox ölkədə real populyarlıq qazanmışdı. Bizim müasir zamanımızda isə populizmlə yoğrulmuş dini millətçilik liberalizm üçün daha ciddi təhlükə sayılır, nəinki rus avtoritarizmi və ya putinizm.

Üçüncüsü - Rusiyadakı indiki intellektual və iqtisadi vəziyyət çar imperiyası və ya Sovet İttifaqı ilə müqayisədə xeyli dərəcədə solğundur. Çar rejimi dövründə avropalılar Rusiyaya gedib universitetlərdə dərs keçir, elmi araşdırmalar aparır və öz müəssisələrini açırdılar.

Sovet hökumətinin repressiya və vəhşiliklər törətməsinə baxmayaq, mövcud rejimə qarşı çıxmayan aparıcı alimlər üçün komfortlu həyat yaradırdılar. İndiki Rusiyada ali təhsil və elm fəlakətli yoxsul vəziyyətdədir. Ölkə iqtisadiyyatı təbii resursalara söykənib. Modernləşdirmə aparılacağının heç bir əlaməti görünümür. Bir qədər normal fakt odur ki, Rusiya elitası nümayəndələrinin övladları Qərbdə oxumağa üstünlük verirlər.

Dünya Rusiyanın dağılmasına hazır olmalıdır. ABŞ və onun yaxın müttəfiqlərinin həyata keçirəcəyi ən yaxşı siyasət strateji dözümlülük və önləyici tədbirlərdən ibarət kombinasiyaya riayət etməkdir. Putinlə praqmatik formada siyasət aparmaq ABŞ maraqlarının təminatına istiqamətlənməlidir.

İlk növbədə ABŞ prezidenti də daxil olmaqla, yüksək vəzifəli Amerika rəsmi şəxsləri daimi olaraq Putin və onun ətrafıyla görüşməlidir. Bir-biriylə danışmaqda pis heç nə yoxdur. Qarşılıqlı güzəşt siyasəti yürüdülməlidir. Rusiya özünün bəzi fəaliyyətlərindən uzaq durmalı və ya onu dəyişdirməlidir.

Yaxşı olardı ki, Birləşmiş Ştatlar özünün indiki sanksiya strategiyasına yenidən baxsın. Vaşinqton bir sanksiyadan imtina edib, digərini sərtləşdirə bilər. Soyuq müharibədəki qələbə sanksiyalarla olmayıb. Bu qələbə yüksək vəzifə eşalonundakı ayr-ayrı məmurlar da daxil olmaqla, sovet adamlarının öz ideologiyalarına olan inamlarını itirməsi və gələcəklərini axtarmaq üçün nəzərlərini Qərbə çevirməsi nəticəsində olub. Elə həmin şeylər bu gün də baş verə bilər, çünki heç bir xarici təsir olmadan da Rusiya yavaş-yavaş daxildən dağılır. (“Politico”-ABŞ)

“AzPolitika”nın əlavəsi: İndi Ümumi Daxil Məhsulun (ÜDM) göstəricisinə görə, Rusiya dünyada 11-ci yerdə gedir, Sovet İttifaqı isə ikinciydi. Təkcə bu fakt Rusiyanın necə gerilədiyini göstərir, amma bu o demək deyil ki, ölkə tezliklə dağılacaq.

1991-cı ildən indiyədək siyasi ekspertlərin əksəriyyəti Rusiyanın yaxın gələcəkdə dağılacağını deyirlər. Bu yaxın gələcək neçə ildir? Üç il, on il, yoxsa əlli il?

Rusiya dünya iqtisadi sisteminin bir parçasıdır. Bu sistemin isə nüvəsi Amerika Birləşmiş Ştatlarıdır. Dünyadakı bütün böyük dövlətlərin iqtisadiyyatında zəif tərəflər var. Əgər dünya iqtisadiyyatında güclü sarsıntı olarasa, bu Rusiyanı əməllicə laxlada və bəlkə də parçalanmya sürükləyə bilər. Onu da deyək ki, Rusiya iqtisadi baxımdan zəif olmaqla yanaşı, əslində həm də dayanıqsız siyasi sistemə malikdir. Çünki onların müasir dövlət mexanizmi yoxdur - köhnə çar üsulu davam edir. Təbii zənginliklərlə dolu olan Ural, Sibir və Uzaq Şərq regionlarının əhalisi Moskvadan narazıdır. Onlar deyirlər ki, ölkə resurslarından gələn gəlir mərkəz tərəfindən ədalətsiz bölünür və böyük pay Moskva və Sankt–Peterburqa verilir. Əlbəttə ki, Putin mərkəz rayonlarına ona görə nisbətən daha çox pul ayırır ki, oradan səs çıxmasın. Rusiyanın 17 milyon kvadrat kilometr ərazisi olmasına baxmayaraq, əhalisinin 70%-i Avropa qitəsində məskunlaşıb və qalan digər ərazidə yaşayış seyrəkdir.

Rusiya əhalisi çətin ki, hansısa ideologiyaya mübtəla olsun. Ancaq iqtisadi vəziyyət pisləşərsə, millətçiliyi körükləyənlər mütləq peyda olacaq. Sözsüz ki, millətçilik Rusiyaya ziyandır və bu ölkəni parçalaya bilər. Marksizm, liberalizm, faşizm və sairə digər ideoloji platformaların Rusiya ilə köklü əlaqəsi yoxdur. Sadəcə olaraq marksizm idelogiyasını ona sırımışdılar və bunun isə axırı yaxşı olmadı.

Rusiyanın dağılmasında xarici faktorun da mühüm rolu ola bilər, bu inkar edilməməlidir. Məsələn Rusiyanın dağılmasını ən çox istəyən dövlət Çindir, lakin çinlilər niyyətlərini hələlik gizli saxlayırlar, fürsət düşən kimi isə hərəkətə keçəcəklər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

QLOBAL İCTİMAİ SİYASİ-SOSİAL ANALİTİK TƏHLİL 2019-08-14 16:58:14

XAHİŞ EDİRƏM DƏRC EDİN: MƏNBƏ: http://qafqazinfo.az/news/detail/miq-29un-sudan-cixarilan-qaliqlari-foto-261054 FAKT:“MiQ-29”un sudan çıxarılan qalıqları! MÜŞAHİDƏLƏR ONU DEMƏYƏ ƏSAS VERİR Kİ: 1.TƏBİƏTİN BAŞ VERMİŞ PROSESLƏRƏ REAKSİYASI, 2.AR QANUNLARININ TƏSİR DAİRƏSİNDƏN KƏNAR ÖZBAŞINALIQLA FƏALİYYƏT GÖSTƏRƏN "GİZLİ HÖKÜMƏT-Azərbaycan dövləti içində .... MAFİOSTİK STRUKTURUNUN ÜNSÜRLƏRİN: -BU MAFİOZ MƏMURLARIN MARAQ DAİRƏLƏRİNƏ VƏ YALNIZ QARNINI-CİBİNİ DÜŞÜNMƏKLƏ TOTAL KORRUPSİYAYA YOL VERMƏLƏRİNƏ BAXMAYARAQ CƏZASIZ QALMASI NƏTİCƏSİNDƏ "GÖZÜKÖLGƏLİK-BOĞAZOLMA" TENDESİYASININ,xüsusən də SƏRİŞTƏSİZ FƏALİYYƏTLƏRİNİN İDARƏÇİLİK SİSTEMİNİ 70 FAİZİNİ İFLİÇ VƏZİYYƏTDƏ SAXLAMASI, 3.DƏRC OLUNAN ŞƏKİLLƏRİ OXUMAQLA, BELƏ QƏNAƏTLƏ NƏTİCƏ ƏLDƏ OLUNMUŞDUR: -DƏRC OLUNAN ŞƏKİLLƏR Xəzər dənizində qəzaya uğramış“MiQ-29” tipli hərbi təyyarəmizin qalıqları DEYİL, -iyulun 24-də saat 22.00 aviasiya qəzası olmayıb-Xəzər dənizinə düşməyib,bu zaman göyərtədəki pilot,p-k/l-nt Rəşad Atakişiyev sağdır: -öz Ana yurdu QƏDİM SLAVYAN ELİNƏ-ROUS torpağına PƏNAH aparıb! ƏSAS SƏBƏB: ... TOTAL KORRUPSİYA MARAQLARININ: -CƏMİYYƏTDƏ YARATDIĞI AĞIR-SOSİAL İCTİMAİ VƏZİYYƏTİN FORMALAŞDIRDIĞI QEYRİ-SAĞLAM İCTİMAİ-SİYASİ MÜHİTDİR!

RUSİYADA ANTİ-TERROR ƏMƏLİYYATI: 2019-08-14 16:58:14

Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında işləyən erməniləri kütləvi şəkildə işdən qovublar. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu işdənçıxarılmalar ilə bağlı Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət edib. Ermənilər iddia edirlər ki, rusiyalı oliqarx Oleq Deripaskanın “Bazel Aero” şirkətinə məxsus olan aeroportda erməni millətindən olan 23 şəxsi milli mənsubiyyətinə görə işdən çıxarıblar. Şirkətin mətbuat katibi Anna Şalimova isə bildirib ki, ermənilərin iddiaları həqiqətə uyğun deyil, hava limanında bir çox millətlərin nümayəndələri çalışır və işdən azad olunanlar Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. O əlavə edib: “Lakin bir qrup şəxs milli məsələdən istifadə edərək özləri üçün xüsusi şərait yaradılmasını tələb ediblər və aeroport rəhbərliyini şantaj etməklə məşğuldurlar. Biz hesab edirik ki, bu qrup millətlərarası nifrət atmosferi yaratmaq istəyirlər”. Soçi şəhərinin yerli mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunub ki, keçmişdə aeroportda yüksək gəlirli vəzifələri ələ keçirən ermənilər guya milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını bildirərək Rusiyanın müxtəlif instansiyalarını saxta bəyanatları ilə əldən salıblar. Bildirilir ki, işdən çıxarılan “əzabkeş xalqın” nümayəndələri hava limanı əməkdaşlarının cəmi 3 faizini təşkil ediblər.

cemshid dereleyezliye 2019-08-14 16:58:14

Niye Dereleyezli Amerika Ingiltere bashqa muselman dovletlerine zulm eden dovletler dagilmasin, Rusiya dagilsin .Sizin kimiler bilmelidirler ki Rusiyanin Putin kimi guclu serkerdesi var tusiya hec vaxt dagilmayacaq bir az da giucldndcdk ve bizim Azerbaycanla hemishe dost olacaq

Cəmşid Dərələyəzliyə 2019-08-14 16:58:14

Dava yorğan davasıdır.

Cəmşid Dərələyəzliyə sual. 2019-08-14 16:58:14

ABŞ,Çin,İspaniya nə zaman dağılacaq.onlarda imperiyadır.

Cəmşid Dərələyəzli 2019-08-14 16:58:14

Əbədi imperiyalar yoxdur. Rusyada anlamalıdır ki, bu coğrafiyada bünövrəsi qorxu və ölümlə qurulan Sovet imperiyası cəmi 70 il ömür sürdüsə, demək onun da ömürünə az qalıb. İnşallah, Putinizm də Rusiyanın sonunu gətirər. Bu rüzgarlar artıq əsməkdədir. Fitnə fasadla, qonşulara fəlakətlər yaratmaqla ayaqda qalmaq olmaz. Bir gün etdiklərin öz içindən seni elə bir bular ki, adını belə unudarsan. Yəqin ki, o küləklər bizə də bir xilas gətirər və biz onların yaratdığı Qarabağ məsələsindən qurtulmuş olarıq.

EJDER 2019-08-14 16:58:14

QUD BAY KQBEWNIK PUTIN,DAYI AZERBAYCANA GEMI ILE GELMIRSEN,BAWIN DERDEDIR,LUKAWNKONUDA YOLA VER GETSIN ,SVOYDU.TULEYMANA GALMAYAN DUNYA ..... QALAJAQ

QLOBAL İCTİMAİ SİYASİ-SOSİAL ANALİTİK RƏY: 2019-08-14 16:58:14

MÖVZU: DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR??? RUSİYA HEÇ VAXT DAĞILMAYACAQ VƏ ÜMUMİYLƏ BIZ HEÇ VAXT İSTƏMƏZDİK Kİ, FUNDOMENTAL ELMLƏRİN DAŞIYICISI KİMİ ELMİ POTENSİALA MALİK QƏDİM SLAVYANLARIN DÖVLƏTÇİLİYİ ÇÖKSÜN-ÇÜNKİ COMƏRD RUHLU RUS XALQI Azərbaycan cəmiyyətinə-elminə çox böyük TÖHVƏ VERMİŞLƏR! PUTİN RUSİYASI DAĞILMAYACAQ: ƏSAS SƏBƏB QLOBAL SƏBƏBDİR-ONU YAZMAYACAM,ÖZÜM BİLİRƏM NİYƏ??? QISA OLARAQ ONU QEYD EDİRƏM Kİ: -Atatürk-indiki TÜRKİYƏNİN, -ULU ÖNDƏR HEYDƏR ƏLİYEV-AZAD AZƏRBAYCANIN, -V.V.PUTİN-MÜASİR RF XİLASKARIDIR-bu QLOBAL SİYASİ MÖVZUDA GENİŞ ELMİ İŞDİR! ...VƏ SÜBUTA YETİRMƏK LAZIMDIR Kİ: -VLADİMİR ULYANOV YOX,MƏHZ NİYƏ VLADİMİR PUTİN RUSLARIN-RF XİLASKARINA ÇEVRİLDİ! -ÇÜNKİ VLADİMİR PUTİN: 1.VLADİMİR ULYANOVDAN FƏRQLİ OLARAQ "ƏSL DOSTU-düşməndən ayıra bilmək bacarığı", 2.RF ÇÖKÜZDÜRÜLMƏSİNƏ SƏBƏB OLAN TARİXİ VƏ İNDİKİ FAKTORLARI DƏRK EDİR, 3.QABAQLAYICI TƏDBİRLƏRİ GÖRMƏKLƏ EHTİMAL OLUNAN ZƏRBƏLƏRDƏN QORUNMAQ ÜÇÜN PROFLAKTİK İŞLƏRİN ZƏRURİ FƏALİYYƏT İSTİQAMƏTLƏRİNİ V.V.PUTİNİN ÖZ DEDİYİ KİMİ HƏKİM PRİNSİPİYLƏ: "ZİYAN VERMƏMƏKLƏ-ziyanları aradan qaldırmaqla" siyasətinin KOORDİNASİYASINI TƏMİN EDƏRƏK zərərverici virusların neytrallaşmasını SİVİL SİYASƏTLƏ REALLAŞDIRIR! ...VƏ İKİNCİ SƏBƏB ONA GÖRƏ Kİ: 1.Rusiya dünya siyasi və iqtisadi sisteminin mühüm bir parçasıdır. 2.Bu sistemin isə nüvəsi Amerika Birləşmiş Ştatlarıdır.

RUSİYA HEÇ VAXT DAĞILMAYACAQ: 2019-08-14 16:58:14

ƏSAS SƏBƏB QLOBAL SƏBƏDİR ONU YAZMAYACAM-ÖZÜM BİLİRƏM NİYƏ??? VƏ İKİNCİ SƏBƏB ONA GÖRƏ Kİ, Rusiya dünya iqtisadi sisteminin bir parçasıdır. Bu sistemin isə nüvəsi Amerika Birləşmiş Ştatlarıdır. Dünyadakı bütün böyük dövlətlərin iqtisadiyyatında zəif tərəflər var!

Türk 2019-08-14 16:58:14

Əgər,doğurdan da 2018-cı ildə Rusiya ABŞ-da ki,seçkilərə müdaxilə edibsə,deməli ABŞ heç-də fövqəldövlət deyil.Boş-boş danqıldayan qazandır.

Elli 2019-08-14 16:58:14

Vəfa Quluzadə demişdi ki, rusiya dağılmasa Qarabağı ala bilmərik. ona da deyəsən az qalıb.

Arif 2019-08-14 16:58:14

Səndemə Müller, Trampdanda dar düşüncəimiş.AZ.Politka sizin əlavənizidə oxudum, belə başa düşünülməsinki, burda tərəfkeşlik edirəm, hər iqtisadiyyəti zəif olan dövlət dağılmır, onu yalnız xaricdən dağıdırlar, amma bunu Rusyaya şamil etmək olmaz, güya vaxtında Rusyanı parçalaya bilməzdilər?əlbbətdəki bilərdilər, söhbət nüvə başlığlardan gedir, onu necə böllərlər?kimlə böllərlər?Bax bugünki dünyanın bəlası budur.Yer üzünü 480-dəfə dağıda biləcək nüvə başlığlarından söhbət gedir.

Son yazılar