Bu qonşu ölkədə 4 uşaqdan biri nikahdan kənar doğulur

Rusiyanın statistika idarəsinin açıqladığı rəqəmlər sosial şəbəkələrdə və cəmiyyətdə geniş əks-səda doğurub.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, statistika idarəsinin hesabatında bu ölkədə hər 4 uşaqdan birinin nikahdan kənar doğulduğu göstərilib.

2018-ci ilin birinci yarısını əhatə edən rəsmi məlumata görə, həmin dövrdə dünyaya gələn 1 milyon 600 minə yaxın uşaqdan 341 mini nikahdan kənar doğulub. Bu, bir tərəfdən ölkədə ailə münasibətlərinin deqradasiyası, digər tərəfdən isə ümumiyyətlə nikaha girmə sayının azalması ilə izah olunur.

Məsələn, qeyd edilir ki, cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə qeydə alınan nikahların sayı 46 minədək azalıb. Bu o deməkdir ki, gənclər getdikcə qeyri-rəsmi münasibətdə yaşamağa daha çox üstünlük verirlər. Ailə institutu isə bunun nəticəsində getdikcə daha çox dağılmağa başlayır.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar