Maşınla vurulan piyada hadisə yerində ölüb

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini E.Aslanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Sübhanovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar