İran Prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək

Dərc olunub: 14/08/2019 - 19:21

6cc9771718d7af48b848c6bf0361e5baİran İslam Respublikasının Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 74-cü sessiyasında iştirak edəcək.APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi məlumat verib.

“Xüsusi nə isə baş verməyəcəyi təqdirdə, Prezident BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq sessiyasında iştirak edəcək”, – M. Vaezi deyib. O, rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalara baxmayaraq, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin də sessiyada iştirak edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən ay ABŞ M. C. Zərifə qarşı sanksiya tətbiq edib. ABŞ-ın İran Xarici İşlər nazirinin Nyu-Yorka getməsinə icazə verib-verməyəcəyi hələ bilinmir.

BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də işinə başlayacaq.








loading...


Fikrinizi bildirin