Avropa Liqasında daha 3 komanda pley-offa yüksəlib

Avropa Liqasında III təsnifat mərhələsi davam edir.

APA-nın məlumatına görə, cavab oyunları çərçivəsində daha 3 matç keçirilib.

“Vitoriya” səfərdə olduğu kimi, evdə də qalib gəlibsə, “Legiya” Yunanıstanda qələbə sevinci yaşayıb. İlk görüşdə rəqibini məğlub edən "Saburtalo" isə gözlənilmədən Gürcüstanda üstünlüyü əldən verib və yarışla vidalaşıb.

Qalib komandalar mübarizəni pley-offda davam etdirəcək.

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

Çempionlar yolu

14 avqust

20:00. "Saburtalo" (Gürcüstan) – "Ararat" (Ermənistan) - 0:2

İlk oyun - 2:1

Əsas yol

20:00. “Vitoriya” (Portuqaliya) – “Ventspils” (Latviya) - 6:0

İlk oyun – 3:0

20:00. “Atromitos” (Yunanıstan) - “Legiya” (Polşa) - 0:2

İlk oyun - 0:0

Qeyd edək ki, bir gün öncə də 3 komanda mərhələ adlayıb. Avropa Liqasında III təsnifat mərhələsi isə avqustun 15-də başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar