Ağstafada ölümlə nəticələnən yol qəzası olub

Dərc olunub: 14/08/2019 - 22:20

qezaAğstafa rayonunun Aşağı Göycəli kəndində minik avtomobili yük maşınına çırpılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, nəticədə minik avtomobilinin 1985-ci il təvəllüdlü sürücüsü Zaur Həsənov hadisə yerində keçinib.

Maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Orxan Qurbanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin