Suriyada müxalifət qüvvələri hökumətə məxsus döyüş təyyarəsini vurub

Suriya müxalifətinin silahlı dəstələri İdlib əyalətində Suriya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarənin vurulduğu barədə məlumat yayıblar. Təyyarənin Xan-Şeyhun və Əl-Tamanaa şəhərləri arasında yerə düşdüyü deyilir.

APA xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzetinin electron versiyası yazıb.

Bildirilir ki, təyyarə silahlı dəstələrin Xan-Şeyhun şəhərindəki mövqelərinə hücum edən zaman vurulub.

Pilotun taleyi barədə bir məlumat verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar