Panama Venesuela gəmilərinə su kanalından istifadəyə icazə verib

ABŞ-ın Venesuelanı blokada vəziyyətində saxlamasına baxmayaraq, Atlantik və Sakit okenları birləşdirən Panama su kanalı lazımi tələbləri və ödənişləri qarşılayacağı təqdirdə Venesuela gəmiləri üçün açıqdır və gələcəkdə də belə olacaq.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri kanal administrasiyasının rəhbəri Xorxe Kixano deyib.

Ötən həftə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes öz açıqlamasında qida məhsulları istehsalı üçün nəzərdə tutulmuş 25 min ton soya yemi ilə yüklənmiş Venesuela gəmisinin Panama kanalında saxlanıldığını və bunu ABŞ-ın birbaşa təzyiqi ilə əlaqələndirdiyini bildirmişdi. Kanal rəhbərliyi isə burada nəqliyyatın hərəkətinin adi qaydada getdiyini bildirərək, hər hansı gəmi saxlanılması halını inkar edib.

“Bizim neytrallıq haqqında razılaşmamız var və bu sənədi ABŞ da imzalayıb. Biz bu razılaşmaya riayət edərək addım atmalıyıq”, - deyə Kixano qeyd edib.

Onun sözlərinə görə, Panama kimin bu kanaldan istifadə etməli olub-olmadığı barədə təzyiqlərə uymur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar