Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub

Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub

Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosunun xəfiyyələri müvəqqəti nəzarətsiz ərazi məsələləri üzrə nazir müavini Yuri Qrımçakı və onun köməkçisini həbs edib.

APA “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində yayılmış məlumatda bildirilir.

“Həmin şəxslər dövlət vəzifələrinin yerinə yetirilməsində onlara təsir göstərilməsini iddia edərək hüquqi şəxsin nümayəndəsindən 1,1 milyon dollar məbləğində qanunsuz pul tələb ediblər”, - deyə məlumatda qeyd olunub.

Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosundan bildirilib ki, fakt Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar