"Liverpul" dördüncü dəfə Superkubokun sahibi olub

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

APA-nın məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutan həlledici matçda ötən mövsüm avrokubok qazanan klublar üz-üzə gəliblər.

Çempionlar Liqasının qalibi olan “Liverpul” İngiltərə derbisində Avropa Liqasını başı üzərinə qaldıran “Çelsi” ilə qarşılaşıb. 6-cı dəfə Superkubok mübarizəsi aparan “Liverpul” sonuncu dəfə 2005-ci ildə qazandığı mükafata 4-cü dəfə yiyələnib. 14 ildir bu mükafata yiyələnə bilməyən futbolun yaradıcıları bu görüşlə İspaniyanın 5 illik hegemonluğuna da son qoyublar.

Superkubok tarixdə ilk dəfə qadın - fransalı Stefani Frapparin idarə etdiyi oyunun birinci hissəsi "Çelsi"nin xeyrinə yekunlaşıb. Londonlular Olivyer Jirunun vurduğu qol sayəsində fasiləyə öndə yollanıblar. Bu qola kimi isə meydana girən azarkeş stadionda olanları coşdurub.

İkinci yarıda "Liverpul" statuts-kvonu bərpa edə bilib. Sadio Manenin dəqiq zərbəsi görüşdə bərabərlik yaradıb. Qoldan sonra komandaların bir neçə dəfə şansları olsa da, sonda ya qapıçılar, ya da qeyri-dəqiqlik hesabın dəyişməsinə imkan verməyib.

Qalib müəyyənləşmədiyindən komandalar daha 30 dəqiqə mübarizə aparıblar və əlavə vaxtda da hərəyə bir dəfə fərqləniblər. "Liverpul"un heyətində Roberto Firminonun ikinci məhsuldar ötürməsini yenə Sadio Mane qolla başa çatdırıbsa, "Çelsi"dən Jorjinyo rəqib qapısına yol tapıb. O, penaltini dəqiq yerinə yetirib.

Beləliklə, matçın əsas və əlavə vaxtı heç-heçə - 2:2 hesabı ilə yekunlaşdığından qalib penaltilər seriyasında bəlli olub. "Lotereya"da daha dəqiq olan... Superkuboka yiyələnib.

UEFA Superkuboku

14 avqust

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:2, pen 5:4.

QOLLAR: Mane, 48, 95 - Jiru, 36, Jorjinyo, 101 (pen)

Baş hakim: Stefani Frappar (Fransa)

İstanbul. “Vodafon Park” stadionu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar