"BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR..." - “Təcili səfərbərlik elan olunmalıdır!”

Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan Paşinyanın sərsəm fikirlərini müdafiə etməklə danışıqların perspektivini sual altında qoydu; İrəvan birmənalı şəkildə savaşı seçdi

İrəvan növbəti dəfə Qarabağ məsələsinin dinc yolla tənzimlənməsində maraqlı olmadığını nümayiş etdirib. Belə ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

Mnatsakanyan bu haqda İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb. Paşinyan avqustun 5-də Xankəndidə demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”

“Ermənistanın baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi - red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”,-Mnatsakanyan bildirib. Nazir iddia edib ki, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndidə deyilənləri təsdiqləyib. “Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”, - xarici işlər naziri əlavə edib (Virtualaz.org).

Xatırladaq ki, Paşinyanın bəyanatlarına Bakıdan sərt etiraz bildirilib, Ermənistan rəhbərliyinin Qarabağa dair təhrikedici bəyanatları münaqişə ətrafında atmosferi daha da gərginləşdirib.

Nazir jurnalistlərə açıqlamasında onu da deyib ki, Qarabağ münaqişəsinin nizamlanması ətrafında dinamika davam edir, amma tərəflər arasında dövlət başçıları, yaxud xarici işlər nazirləri arasında yeni görüşün vaxtı hələ məlum deyil.

“Sizdən xahiş etməliyəm ki, bir az səbr edəsiniz. Çünki mən prinsipial olaraq hesab edirəm ki, görüş haqda yeri və vaxtı həmsədrlər tərəfindən digər ölkə ilə razılaşdırılandan sonra elan etmək olar”, - Mnatsakanyan növbəti Əliyev-Paşinyan danışıqlarının nə zaman baş tutacağı haqda suala cavab olaraq deyib.

Hərçənd Paşinyanın Xankəndidə Qarabağı Ermənistanın tərkib hissəsi elan edib məsələyə “nöqtə qoymasından” və Mnatsakanyanın da bu təxribatçı, qızışdırıcı yanaşmanı dəstəkləməsindən sonra hansı danışıqlar prosesindən, görüşdən söhbət gedə bilər, bunu anlamaq çətindir.

Ermənistan rəhbərliyi növbəti dəfə ziddiyyətli mövqe nümayiş etdirib. Belə ki, Paşinyanın sərsəm bəyanatından sonra rəsmi Bakıdan verilən sərt reaksiyaya cavabında Ermənistan XİN iddia etdi ki, baş nazirin bəyanatı düzgün anlaşılmayıb. Ancaq üstündən bir neçə gün keçəndən sonra XİN-in başında dayanan şəxs Paşinyanın həqiqətən də bu bəyanatı verdiyini təsdiqləyir və əlavə şərhə ehtiyac olmadığını deyir. Bu mövqe isə Ermənistanın təcavüzkar siyasətdən əl çəkmək niyyətində olmadığını bir daha sübut edir. Əslində Ermənistanın Ağdam rayonu ərazisinə su kəməri çəkmək istəyi, həmçinin Ermənistandan Qarabağa üçüncü yolun çəkilməsinə hazırlıq görməsi İrəvanın siyasətinin nümayişidir. Lakin bir sıra hallarda özünün yalançı sülhpərvər bəyanatlarının arxasında gizlənən Ermənistan rəhbərliyi son zamanlar açıq şəkildə savaşın təhrikçisi rolunda çıxış edir. Maraqlıdır ki, bu sayıqlamalar Rusiyanın yüksək çinli məmurunun İrəvana ikigünlük səfərindən öncəyə və sonraya təsadüf etdi. Ekspertlərimiz də bu fikirdədir ki, rəsmi İrəvan son davranışları ilə birmənalı şəkildə savaşı seçmiş oldu.

Image result for qafar çaxmaqlı

Ermənişünas alim Qafar Çaxmaqlı Musavat.com-a dedi ki, Ermənistan XİN başçısı uruqvaylı həmkarı ilə görüşündə heç dəxli olmayan bu məsələni ortaya atıb: «Sanki həmin an bunu demək tapşırığı alıb. Fikirləşirəm ki, Paşinyanın məlum Xankəndi çıxışından sonra Ermənistan rəhbəri daha ehtiyatlı bəyanatlar verirdi və Ermənistan rəsmilərindən heç biri bu məsələyə münasibət bildirmirdi. Rusiya Təhlükəsizlik Şurasının katibı Patruşev də ötən gün Ermənistanda idi. Bundan sonra Mnatsakanyanın tələsik belə bir bəyanat verməsi göstərir ki, Patruşev heç də “Suriya məsələlərini müzakirə etməyə” gəlməyib. Rusiyanın bu bəyanatı verdirməkdə məqsədi nədir? Şimal qonşumuz guya müharibə istəmir, amma bu bəyanat açıq müharibə elanıdır və Azərbaycanın artıq başqa yolu qalmır. Təcili səfərbərlik elan olunmalıdır!

Image result for elxan şahinoğlu

“Ermənistanın xarici işlər naziri başqa nə deyə bilərdi? Durub ölkəsinin baş nazirinin sözlərini təkzib edəsi deyildi ki. Əslində o, Paşinyanın fikirlərini təkrarlamağa da bir az ehtiyat edib, deyib ki, bu siyasət davam edir”. “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi.

Ekspert əlavə etdi ki, biz öz tədbirlərimizi görməliyik, siyasətimizdə korrektələr etməliyik: “Mən əvvəllər də dəfələrlə yazmışam ki, biz ya danışıqlardan imtina edək, ya da başqa vasitələri işə salaq... Çünki “Qarabağ Ermənistandır”sa, danışıqlara ehtiyac qalmır”.

E.Şahinoğlu qeyd etdi ki, sentyabr ayında Paşinyanın ABŞ-a səfəri nəzərdə tutulub və orada erməni diasporu ilə görüş keçirib Xankəndidə səsləndirdiyi fikirləri müzakirə edəcək: “Paşinyan ABŞ-dakı erməni lobbisi qarşısında yenə də Xankəndidəki fikirlərini təkrarlasa və “Qarabağ Ermənistandır” desə, demək, ermənilər öz siyasətlərini dəyişirlər. O halda biz də buna uyğun olaraq öz siyasətimizi formalaşdırmalıyıq”.

Politoloq Məhəmməd Əsədullazadə isə dedi ki, Ermənistan xarici işlər naziri Paşinyanın Qarabağdakı açıqlamasını dəstəkləməklə ilk növbədə özünün rəhbəri olduğu nazirliyi təkzib etmiş oldu: “Paşinyan Qarabağdan İrəvana qayıtdıqdan sonra Ermənistan XİN Paşinyanın belə bir ifadələr işlətmədiyini qeyd etdi. İndi Zöhrab Mnatsakanyanın həmin bəyanatı təsdiqləməsi və dəstək verməsi birbaşa Qarabağ danışıqlarında erməni tərəfinin maraqlı olmadığının göstəricisidir. Sadəcə olaraq onlar danışıqlara manipulyasiya etmək üçün qatılırlar”.

Ekspert hesab edir ki, məsələ ilə bağlı ilk növbədə ATƏT-ın Minsk Qrupuna sorğu göndərilməlidir: “Həmçinin Mnatsakanyanın fikirlərindən sonra Azərbaycan haqlı olaraq danışıqlardan geri çəkilməlidir. Bundan əlavə, erməni tərəfi çalışır ki, danışıqlardan Azərbaycan geri çəkilsin. Hesab edirəm ki, Azərbaycan artıq alternativ olaraq düşmənə lokal zərbələr endirməli və danışıqları da aparmalıdır. İlk növbədə İrəvana hərbi təzyiq əsas planda olmalıdır. Belə olmadıqda isə Ermənistan eyni avantüranı davam etdirəcək”.

Azərbaycan XİN isə hələlik İrəvandan səslənən bəyanata reaksiya verməyib. Məsələ ilə bağlı XİN-ə açdığımız telefon zənglərinə cavab verən olmadı.

635x100

Şərhlər

RF ANTİ-TERROR ƏMƏLİYYATI: 2019-08-15 08:32:42

Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında işləyən erməniləri kütləvi şəkildə işdən qovublar. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu işdənçıxarılmalar ilə bağlı Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət edib. Ermənilər iddia edirlər ki, rusiyalı oliqarx Oleq Deripaskanın “Bazel Aero” şirkətinə məxsus olan aeroportda erməni millətindən olan 23 şəxsi milli mənsubiyyətinə görə işdən çıxarıblar. Şirkətin mətbuat katibi Anna Şalimova isə bildirib ki, ermənilərin iddiaları həqiqətə uyğun deyil, hava limanında bir çox millətlərin nümayəndələri çalışır və işdən azad olunanlar Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. O əlavə edib: “Lakin bir qrup şəxs milli məsələdən istifadə edərək özləri üçün xüsusi şərait yaradılmasını tələb ediblər və aeroport rəhbərliyini şantaj etməklə məşğuldurlar. Biz hesab edirik ki, bu qrup millətlərarası nifrət atmosferi yaratmaq istəyirlər”. Soçi şəhərinin yerli mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunub ki, keçmişdə aeroportda yüksək gəlirli vəzifələri ələ keçirən ermənilər guya milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını bildirərək Rusiyanın müxtəlif instansiyalarını saxta bəyanatları ilə əldən salıblar. Bildirilir ki, işdən çıxarılan “əzabkeş xalqın” nümayəndələri hava limanı əməkdaşlarının cəmi 3 faizini təşkil ediblər.

Mürsəl Vahid 2019-08-15 08:32:42

Nə qədər ki, iqtidar qarışıq milli tərkibdədir,Qarabağ məsələsi ilə məşğul olmayacaq.Onlar Qarabağı və hətta ətraf rayonları yaddan çıxarııb,sakit oturublar Azərbaycanı söküb talamaqla məşğuldurlar.Onların planında Qarabağ yoxdur.Olsa idi 28 ildə bir ciddi hərəkət edib,heç olmasa ətraf rayonları azad edərdilər.Bu faktlar qaerşısında onların arqumenti varmı?Odur ki, millət birləşməli, torpaqları işğaldan azad edib,normal dövlət halına salmalıdır.

iva 2019-08-15 08:32:42

Bütün günah LAZIMDADI

Kənar adam 2019-08-15 08:32:42

Darıxmayın, xarici işlər nazirliyi də"lazım gələrsə" hər şey edəcək.Nöqtə

turan 2019-08-15 08:32:42

Ermənistan savaşı seçdi.. sözə bax mənasız.. onlar nə vaxt sülhü seçiblər ki,..

T.Ədalətə cavab 2019-08-15 08:32:42

Bu məntiqə söykənməyən rəyləri sizə kim yazdırır bilmirəm.Keçniş hərbiçi kimi bilmək istəyirəm ki,görəsən nə zaman biz torpaqlarımızı azad etməyə səfərbər olduq və Rusiya bizə mane oldu.O ki,qaldı DQ-ın və ətraf rayonların itrilməsinə.Buna səbəb Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizə səbəb olub.Qardaş müharibə gedən ölkədə hakimiyyət uğrun da deyil,torpaqların azad olunması uğrun da mübarizə apararlar.Bizdə isə,kim tərəfindən idarə olunduğu bəlli olan qruplar hakimiyyət uğrun da mübarizə aparırdılar

Millət-ə 2019-08-15 08:32:42

Erənilərə cavab verən kişi deputatımız Səməd Seyidov. Sitat: "Paşinyan iki gün əvvəl “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” deyir. Nöqtəni qoyursansa və bunu bəyan edirsənsə, ifadəyə görə üzr istəyirəm, kişisənsə, bunun arxasında dayan! Ancaq sabahkı gün özün- özünü, öz katibin, öz işçin vasitəsilə təkzib etmək o deməkdir ki, sən hamını aldatmaq niyyətindəsən". Ermənistan XİN Mnatsakanyan Paşinyanın sözünü bir daha təsdiq edir: “Ermənistanın baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur". Soruşmaq lazımdır ki ermənilər öz sözlərinin arxasında dayandılar, indi "ifadəmə görə üzr istəyirəm" söz sizindir duputat Cənab Seyidov.

Millət 2019-08-15 08:32:42

Azərbaycan hökuməti heç olmasa Azərbaycan xalqına bir açıqlama verməlidir ki, bunun axırı necə olacaq? Düşmən öz sözünü deyir. Onlara cavab verən bir kişi çıxacaq ortaya ya yox? Yoxsa elə belə də uda-uda gedəklər. Axırda da çox böyük fəlakətlər olacaq millətimiz üçün.

nicat 2019-08-15 08:32:42

qarabaq uqurunda vuruşmaq lazimdi nefti qazi satib dollar evro bahali obyeklər almaq lazim deyildi vuru,masaq axirimiz pis olacaq təcili torpaqlari təmizləmək laximdi

t.ədalət 2019-08-15 08:32:42

Dağlıq Qarabağ və işğal edilmiş digər ətraf ərazilərdə vəziyyətin gərginləşməsinə yeganə səbəb Rusiyadır. Regionu müharibə meydanına çevirməklə tələsik öz qoşunlarını aralıq xəttinə yerləşdirmək,bununla da DQ və işğal edilmiş rayonların əbədi ermənilərə qalmasına çalışır.Təəssüf ki bizim dövlət və XİN başçısı bunu hiss etsə də susur.Sərsəng su anbarı ilə Araz çayını birləşdirən yeni su səddinin-çayın yaradılması da buna xidmət edir..

VETENDAW KOROQLU 2019-08-15 08:32:42

KQBEWNIK PUTIN KIMI GELSE SATAR,SU QIYMETINE,URUS DEMIWKEN,NA..Y TI IM NUWEN,CERNOJ...Y.URUSUN PRIBALTIKAYA GUCU CATMIR.HANI LAZIM,BOW BOW DANIWIQ YETER,BIR SAMALYOTU TAPA BILMIRSINIZ,HIYYY.SINEVIZI VERIN QABAQA,DURUN NOVBEYE ORDEN UCUN.BU NATEMIZLERDEN IBARET ANALOQU OLMAYAN HOKUMET QARABAQI QAYTARMAQ GUCUNDE DEYIL,SARAKOZI CANI

Faiq 2019-08-15 08:32:42

Səməd kimdi ki düşmən hökumətinə cavab verə. Hakimyət səviyyəsində cavab verməlidir düşmənimizin hakimyət nümayəndələrinə. Səməd pulu çox olsa da adicə sumka daşıyan bir deputatdır.

Son yazılar