8,3 milyon manatlıq tikinti tenderini bu şirkətlər qazandı  - SİYAHI

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və texniki infrastrukturun yaradılması üzrə 4 böyük tenderə yekun vurub. Fed.az xəbər verir ki, tenderi 4 şirkət qazanıb. Bunlar aşağıdakılardır:

1. "TUNEL-METRO İNŞAAT" MMC - Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 50 mənzilli yaşayış binasının tikintisi – 2 milyon 931 min 104 manat.

2. «AZƏRSUTƏCHİZATTİKİNTİ» ASC - Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici və məhəllədaxili texniki infrastrukturun tikintisi – 1 milyon 215 min 605 manat.

3. "TECHNOKRAT LİMİTED" MMC - Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 40 mənzilli yaşayış binasının tikintisi – 1 milyon 889 min 177 manat.

4. "QARA ÇAY" ŞİRKƏTİ - Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 40 mənzilli yaşayış binasının tikintisi – 2 milyon 300 min 842 manat.

Sözügedən şirkətlərlə müvafiq müqavilələr artıq imzalanıb.

635x100

Şərhlər

EJDER 2019-08-15 10:12:46

AYE BU QAJQINLARIN TORPAQLARINI QAYTARIN,YOXSA EV ADIYLA QAZANERSINIS

Son yazılar