DEPUTATLA PARTİYA SƏDRİ ARASINDA QARŞIDURMA - Bir-biri haqda ağır ifadələr işlətdilər

Xeyli müddətdir mətbuat vasitəsilə bir-birinin ünvanına ağır ittihamlar yağdıran millət vəkili Fazil Mustafa və ADP sədri Sərdar Cəlaloğlu arasındakı mübahisə getdikcə qızışır. Artıq tərəflər bir-birini təhqir etməkdən belə çəkinmirlər. Xatırladaq ki, F.Mustafa ilə S.Cəlaloğlu arasındakı bu polemika əsas etibarilə birincinin Şah İsmayıl Xətai barədə söylədiyi tənqidi fikirlərdən sonra başlayıb.

Son olaraq, S.Cəlaloğlu “Musavat.com”-a açıqlamasında F.Mustafanı hətta FETO-çu olmaqda günahlandırıb: “Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə də sübut edərəm, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edərəm. Mən bu barədə Dövlət Təhlükəsizlik Komitəsinə məktub yazırdım, Fazil Mustafanın nurçularla əlaqəsi araşdırılsın. Sadəcə dostlar xahiş etdi ki, yazma...”

F.Mustafa isə son statusunda S.Cəlaloğluna çox sərt formada cavab verib: “ Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETO-çu olduğunu sübut edəcəyəm. Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajımı göndərirəm: öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari...”

F.Mustafa həmçinin S.Cəlaloğlunu PKK ilə əlaqələrdə günahlandıraraq, partiya sədrinin onun hökumətin yanında olmasına dair ittihamlarına da cavab verib: “Bu ifadələri PKK-çı Dilanın Azərbaycan siyasətinə sırıdığı, sonralar özünü dəfələrlə Nobel mükafatına namizəd elan etmiş Sərdar Cəlaloğlu işlədib... Sadəcə, bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı. Demək, Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir... O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir, Qüdrət bəyin yanına. Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü? Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi. Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir”.

S.Cəlaloğlu isə PKK ilə əlaqələrinə dair deyilənləri təkzib edib : “Mən özüm Dövlət Təhlükəsizlik Komitəsinə müraciət etmişdim ki, bizim 1992-ci ildə Naxçıvanda PKK-çılarla görüşümüz araşdırılsın, orada kimlər iştirak edib, nələr müzakirə olunub. Bunu mətbuata da mən özüm demişəm. Bizə o zaman demişdilər ki, Türkiyədən qonaqlarınız var. Bizim də Türkiyəyə məhəbbətimiz vari idi, görüşdük və danışarkən məlum oldu ki, onlar PKK-nın nümayəndələridir. Məndən öncə oradakı bütün siyasi partiyalarla da görüşmüşdülər. Mən bunu gizlətmirəm, mətbuata danışmışam. Türkiyəyə də demişdim ki, PKK Azərbaycanda sizin əleyhinizə işlər aparır, mənimlə də görüşdülər, təkliflər verdilər. Azərbaycanda Türkiyə əleyhinə olan hər bir adamının qurduğu əlaqələri Türkiyədə əzbər bilirlər, Fazil Mustafa narahat olmasın. Mənim faktım olmasa, danışmaram”.

Partiya sədri hər ay hökumətdən 10 min dollar pul almasına dair ittihamlara cavab verərkən isə söyləyib ki, bu vəsait Avropa Məhkəməsinin qərarı ilə ona ödənilən cərimələrdir: “Hökumət mənim hesabıma 80 min avro pul köçürüb. Mən Avropa Məhkəməsində 4 dəfə hökuməti udmuşam və bu pul da ona görə verilib. Bir dəfə ödəmə gecikdi və mən buna görə maraqlanmışdım ki, niyə pulumuzu ödəmirlər. Bunu hökumət məmurundan pul almaq kimi yozurlar. Ancaq həmin pullar mənə bank vasitəsilə rəsmi şəkildə köçüb. Eyni pulu Avropa Məhkəməsinin qərarı ilə Əli Kərimli də alıb, İsa Qəmbər də, digər siyasi liderlər də... Bu ödəniş aylıq olmayıb, ayrı-ayrı vaxtlarda 10 min-10 min köçürüblər. Bu pullar Prezident Aparatının Avropa Məhkəməsinin qərarları ilə bağlı nümayəndəsi Çingiz Əsgərov vasitəsilə verilib, ondan da soruşub, dəqiqləşdirə bilərsiniz. Axırıcı dəfə hökuməti Avropa Məhkəməsində udduq, bizim pulumuzun bir hissəsini köçürmədilər. Ona görə də müraciət etdim ki, maraqlanın görək, niyə bu cərimələri ödəmirlər. Qüdrət Həsənquliyevin bunu bu cür danışması, qəbuluma gəldi, boynunu burdu, filan deməsi onun başından yekə danışmasıdır”.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Məmləkət 2019-08-15 18:21:04

Siz nə edirsiniz özünüz bilərsiniz, istəyirsiniz bir-birinizin təpəsini əzin özünüz biləesiz bizim üçün ikiniz də maraqsız adamlqarsınız, fikirlərimizi yayındıra bilməzsiniz xalq Qarabağı azad etmək üçün birləşir.

NURəddin 2019-08-15 18:21:04

Mən bunların ikisinə də inanıram.....Putinçiləri də ki, hamımız əla tanıyırıq.Bəs bu ölkədə Azərbaycan adına mövcud olan kimsə varmı?

Adil 2019-08-15 18:21:04

Sonra da xalqı qınayırlar ki, passivdir, siyasi proseslərdə iştirak etmir və s. Xalq hər bir şeyi yaxşı görür və anlayır.

Köhnə azərbaycanlı 2019-08-15 18:21:04

F.Mustafa və S.Cəlaloğlu xalq arasında hörməti olan siyasətçilərimizdirlər. Səmimi deyim ki onlar arasında olan bu dartışma məni çox üzdü. O boyda Qarabağ dərdimiz var, erməni dığaları Qarabağda yallı gedirlər, mənəviyyatımızla və qürurumuzla oynayırlar. F.Mustafa və S.Cəlaloğlu isə xalqın fikrini bu istiqamətə səfərbər edərək, çıxış yolları aramaq əvəzinə 500 il bundan əvvələ qayıdaraq Xətai davası edirlər. Axı Sizlər xalqın üzdə olan ziyalılarısınız. O misal var ey "Camaat dəli olanda axundun yanına gedir. Bəs görəsən axund dəli olanda kimin yanına getsin". Vallah ayıbdır...

Mirzə AĞ 2019-08-15 18:21:04

Hec utanırsınız?! Ayıb olsun hamınıza!!!

Əhməd 2019-08-15 18:21:04

Bərəkallah cib müxalifəti öz mövqeyi üçün Avropa Məhkəməsinə müraciət edir,udur qazanır. Amma dövlətin xarici işlər nazirliyi, ədliyyə nazirliyi baş prokrorluğu Azərbaycan dövləti adından ermənistanı Qarabağın və ətraf rayonların işğalına görə Avropa məhkəməsinə verib dəymiş ziyana görə bir 50 milyardlıq idda qaldıra bilmir? Sonrada bulanıq suda balıq tutmaq (1992-1993 cü illərdə şahidi olduq hərə özünə silahlı batalyon düzədib vuruşmaq əvəzinə restoran bazar soyan dırnaq içində döyüşçüləri deyirəm heç bir xeyir şər qatarla avtomat atəşsiz ötüşmürdü ) adıynan mühatibə çağrışları cəfənciyatını yalançı vətənpərvərlik altında ictimayyətə (biriləri səfərbərlik çağrışı edir edir ara qarışsın silah ələ keçsin deyə həmin silahı erməniyə yönəltmək əvəzinə nə qədər sahibkar var hamısını soyğuna uğradatsınlar deyə) sıranır. Küt baş zurnalistlər(əsil jurnalistlərəaid deyil), gedib sələfidən, vahabidən rəy alaraq dövlət və hökümət haqqında rəy sorğusu keçirir. Qarabağ mövzusu ilə maraqlanan hər hansı bir jurnalistdən yuxarıda sadaladığım qurumların rəhbərlərindən, ağzına kullu dovşan sığışmayan baş boş müxalifət rəhbərlərindən işğala görə Azərbaycan dövlətinin işğalçı ermənistan dövlətini nədən avropa məhkəməsinə verməmisiniz sualını verən görəniz olub bu? Hərkənd müxalifətin bu imkanı olmasada dövləti və höküməti işğalçı ermənistanı nədən məhkəməyə verməmisiniz barədə tənqid və sorularlara topa tutduğunuzu eşidəniz olub bu? Rica növbəti dəfə qarabağ mövzusunda müsahibə alanda sadaladığım sualı Qüdrət Həsənquliyevə, Sərdar Cəlal oğluna hüqüqşunaz kimi İlyas İsmayılova və özəlliklə yeni müsavat qəzetinin redaktoruna bu sualı (dövlətimiz nəyə görə işğala görə ermənistanı məhkəməyə verməyib) verin. Görək cavab nə olacaq!

vətəndaş 2019-08-15 18:21:04

Yuxarda yazan qardaşlar çox düz yazıblar. Bunlar və bir neçə bunlar kimilər belə yersiz söhbətləri atıb insanların fikrini yayındırırlar....

Randa 2019-08-15 18:21:04

Qırın bir-birinizi sizin hec biriniz millət ücün deyil mədəniz ücün qırqına cıxmısız.....Ay BƏDBƏXLƏR.

t.ədalət 2019-08-15 18:21:04

Bunlar hər ikisi savadlı və milli ruhu olan ziyalılardır.Elə bilirəm ki,tezliklə aralarında yaranan narazılıq ümummilli mənafe naminə aradan qalxacaq.Ətrafımız ermənilərlə bulaşıq qan daşıyıcıları ilə doludur.İndi belə problemlərlə qarşılaşmaq ziyanımızadır.Gəlin,milli təəssübkeşlərimizi barışdırmağa çalışaq!

kamran 2019-08-15 18:21:04

Köhnə azərbaycanlıya:axund dəli olanda Allahşükürün yanına gedir,Allahşükür dəli olanda Putinin yanına gedir.Putin dəli olanda isə artıq dünya dağılıb məhv olur.

Son yazılar