Vilayət Eyvazov həmin polisləri cəzalandırdı - Narkotacirlərlə fotoları yayılıb

Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan narkotacirlərin polis zabitləri ilə səmimi fotosu yayılmışdı.

"AzPolitika" "criminal.az"a istinadla xəbər verir ki, DİN rəhbərliyi həmin zabitlərin əməlini polis adına yaraşmayan hərəkət kimi qiymətləndirib və sərt tədbir görüb. Şabran rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayevdən polis sıralarından xaric edilib.

Xatırladaq ki, iyulun 12-də bir neçə gün əvvəl Şabran rayonunda uğurlu əməliyyat keçirib. Əməliyyat nəticəsində rayon ərazisində narkotik becərməklə və satışı ilə məşğul olan mütəşəkkil dəstə ələ keçib. İdarə əməkdaşlarının Güləndi kəndində və "Stansiya Şabran" kimi tanınnan ərazidə keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb. Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafedə Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb, daha sonra Samir adlı şəxsi 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyərkən qandallayıb.

Həmin əməliyyatdan sonra Criminal.az saytının redaksiyasına tutulan şəxslərlə bağlılığı olan fotofakt daxil olmuşdu. Fotodan görünürdü ki, bir süfrə arxasında rayonun Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayev əyləşiblər. Şəkildən belə görünürdü ki, onların yaxşı münasibətləri var.

Yəqin ki, istintaq bu əlaqələrin narkotik tacirlərinin uzun müddət azadlıqda qalması ilə əlaqəli olub-olmamasını araşdırılıb və qərar verilib.

Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.

635x100

Şərhlər

Anar amirov 2019-08-15 21:10:57

Halal olsun Vilayet muellime esil nazir hereketi edib men sexsen fexir edim Vilayet muellimle

Kamran 2019-08-15 21:10:57

Bu polislərə sərt tədbir yox,cinayət işi açlmalı,istintaq aparılmalı idi.Ola bilsin bunlarla əlaqəli daha iri çinli polis zabitləri olub. Bir də ki, onlara hansı cəza verildiyi məlumatda niyə göstərilmir?

Oxucu 2019-08-15 21:10:57

Yuxarıda adları çəkilən həm polis həm də tutulanları bildik, bu Şahin hardan çıxdı? Şahin polisdi ,yoxsa narkotacir? Bəlkə sdəcə Şahini reklam edirsiz ki, o Kamranın qohumudur. Bu məqaləni yazanda bir oxuyun görün nə yazmısınız də!? Bir çukça maral dərisi üzərində nəsə cızma qara edirmiş. Yazını anlamayan biri soruşur ki, a kişi nə işlə məşğulsan? Çukça deyir: mən yazıçı olmağa qərar vermişəm , yazı yazıram. Adam diqqətlə baxir ancaq heç nə anlamır və deyir: bir oxu başa sal görüm sən burda nə yazmısan? Çukça əsəbləşirvə deyir: mən sənə dedim axı , mən yazçıyam oxucu deyiləm...

Son yazılar