"Arxamda generallar durub" deyən vəkillə bağlı müəmmalı qərar - Cinayət işi ləğv edildi

"Baş prokuror Zakir Qaralovun qapısında yatacam..."

Bakıda əcnəbi zavod direktorunun külli midarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan xanım vəkil barəsində polisin başladığı cinayət işini prokurorluq ləğv edib. İş üzrə zərərçəkmiş İran vətəndaşı, ''Azproff'' zavodunun iranlı rəhbəri Hacı Reza Əkbərin həyat yoldaşı Gülnarə Hüseynova Criminal.az saytına bildirib ki, vəkil Lətifə Kərimova ayrı-ayrı vaxtlarda məhkəmə hakimlərinə vermək adı ilə 350 min manat pullarını ələ keçirib.

Onun sözlərinə görə, Binəqədi rayon Polis İdarəsində L.Kərimovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli  miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanmışdı. Bu gün öyrəndik ki, Bakı şəhər prokurorunun müavini Mehman Qocayevin imzası ilə iyulun 29-da Lətifə Kərimovaya qarşı başlanmış cinayət işini rədd edilib:

"Demək doğurdan da onun arxasında dayanıb himayədarlıq edənlər var"

"Prokurorluq hansı əsasla cinayət işini ləğv edib? 10 manat pul üçün insanları həbsxanaya salırlar. Şəhər prokuroru İlqar Abbasova müraciət edirəm bu işin obyektiv araşdırılmasını təmin etsin. Axı Lətifə Kərimovanın saatlarla davam edən səsyazıları əlimizdədir. O, həmin səsyazılarında böyük adamların adlarını hallandırır. Məsələn, bizdə səsyazısı var, Lətifə Kərimovaya yalvarıram, deyirəm iş böyüməmiş problemimizi həll edək. Səsyazısında mənə deyir ki, Bakı Şəhər Prokurorluğunun generalları arxamda durur. Bizi Lətifədən kimə şikayət etsək də tədbir görülümür. Belə başa düşmək olar ki, Lətifə Kərimova düz deyir, demək doğurdan da onun arxasında dayanıb himayədarlıq edənlər var. Nə demək istəyirlər? Demək istəyirlər ki, siz İran vətəndaşlarısınızsa, pulunuzu yeyə bilərik?".

Gülnarə Hüseynova deyir ki, işə obyektiv baxılmayacağı halda, Baş prokuror Zakir Qaralovun qapısında yatacaq: "Lətifə Kərimova evimdə otura-otura bizi məhv etdi. Hələ məni də hədələyir ki, səninlə məhkəmədə görüşəcəm. Haqlı olduğum halda, məni hazqısz göstərmək istəyir. Axı sübutlarımız var ki, Lətifə Kərimova Nərimanov rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəməsinin hakimlərinə vermək üçün 350 min manatımızı alıb. Son dəfə bizdən Ali Məhkəməyə vermək üçün 150 min manat aldı. Ali Məhkəmə əleyhimizə qərar qəbul edərək işi Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bundan sonra Lətifə 100 min manatı geri qaytarsa da, 50 mini vermədi. Dedi ki, guya işin apellyasiya instansiyasına göndərilməsi bizim tam əleyhimizə deyil".

"Kimdir bu vəkilə himayədarlıq edən?"

G.Hüseynova daha sonra bildirdi ki, L.Kərimovadan Vəkillər Kollegiyasına şikayət etsələr də, həmin qurumun intizam komissiyası vəkilin intizam pozuntusuna yol verməməsi barədə rəy verib: "Rəyasət Heyəti komissiyanın rəyi əsasında vətəndaşın şikayətimizi rədd etdi. Bizə məsləhət gördülər ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edək. Necə olur ki, guya Ali Məhkəmənin adından istifadə etdiyinə görə, ahıl yaşda olan vəkil Əfsər Talıbovu, Məmmədvəli Cəfərovu tuturlar, amma real faktlar, səs yazıları, epizodlar ola-ola dəfələrlə böyük məbləğdə pulu dələduzluq yolu ilə ələ keçirən Lətifə Kərimovanın cinayət işi ləğv edilir, kollegiya onunla bağlı tədbir görmür. Kimdir bu vəkilə himayədarlıq edən?".

Lətifə Kərimova

L.Kərimova bir neçə gün əvvəl Criminal.az saytına açıqlamasında barəsində cinayət işi olmasını belə əvvəl təkzib etsə də, sonradan müştərilərinin ondan şikayətçi olmasını etiraf etmişdi:"Həmin iranlıların bütün işlərini məhkəmədə udmuşam. Vəkilliyimi layiqincə yerinə yetirmişəm. Həmin iş 4 il əvvəl olub. Kim bu şaiyəni yayıbsa ayıb olsun. Şikayət edən Əkbər Rzanın işinə baxmamışam. Onun qardaşı Hüseyn Rzanın işinə baxmışam. Bu işdə qardaşların işini məndən almaq istəyənlərin marağı var. İş Ali Məhkəməyə getməlidir. Mən bir işə qalib gəlirəm, qarşı tərəf şikayət verir. Buna mən nə edim? Vəkillər işi məndən alıb qazanmaq istəyirlər. Onlar pula görə hər şeyə gedirlər. Məni kollegiyanın sədri Anar Bağırov da tanıyır və bilir ki, necə işləyirəm.

Amma iranlılar şikayətdə yazıblar ki, guya mən demişəm ki, bizim məhkəmələr pulsuz işə baxmır. Guya məhkəməyə vermək adı ilə onlardan külli miqdarda pul almışam. Evlərinin satdırıb onları kirayə saldırdığımı yazıblar. Adamı şərləmək üçün hər şey yazıblar. Mənimlə bağlı şikayətdə 350 min manat pul aldığım qeyd olunmudu. Kollegiyada şikayətçiyə sula verdilər ki, bu qədər pulu hardan almısan? Soruşdular ki, bu qədər pulu nə üçün vermisən? İki qardaşın bir-biri ilə problemi var, amma mən öz işimi görürəm. Kollegiyada məndən şikayət ərizəsini hansı vəkilin yazdırdığını üzlərinə dedim. Bu iş qaymaqdı. Məqsədləri əlimdən çıxarıb qanararı özləri götürmək istəyirlər''.

Məsələ ilə bağlı bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Criminal.az saytına bildirmişdi ki, Binəqədi rayon Polis İdarəsində iran vətəndaşının L.Kərimova ilə bağlı şikayəti ilə bağlı cinayət işinin başlanması rədd edilib. Lakin DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsini icra edən Canpolad Daanovun Hacı Reza Əkbərə göndərdiyi sənəddən məlum olur ki, L.Kərimovadan edilmiş şikayətə baxılıb. Binəqədi Rayon Polis idarəsinin istintaq şöbəsində araşdırma aparılaraq 15 iyul 2019-cu ildə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Şikayətçi G.Hüseynova L.Kərimova ilə aralarında olan telefon danışığının səs yazısını da Criminal.az saytın göndərib. Həmin səs yazısında L.Kərimova arxasında Bakı şəhər Prokurorluğunun generalları durması ilə bağlı şikayətçinin dedikləri təsdiqini tapır. Həmin telefon danışğını təqdim edirik:

635x100

Şərhlər

t.ədalət 2019-08-15 21:55:59

Xanım Lətifə Kərimova Naxçıvanda doğulub.Onun haqqında cinayət işi açıla bilməz.İş çətinləşsə,uzaq başı çıxıb gedər Naxçıvana..

Vekil 2019-08-15 21:55:59

Qanunlar islemir istintaq hereketleri demek olar kokunden legv olunub rusvet bu qurumlari iflic edib. Seher prakrorlugi haqda rey yazmaga da deymez onlarin is goz qabagindadir... .

Son yazılar