"STRATEJİ ƏHƏMİYYƏTLİ YÜKSƏKLİKLƏR TUTULUB..." - DSX-nın Aparat rəhbəri

"Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

E.İbrahimov qeyd edib ki, bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar, onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyi olub:

"Bizim tərəfimizdən bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün val yollarının çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınımıza qarşı atəş açılıb. Nəticədə 2 hərbi qulluqçumuz yaralanıb. Görülmüş təxirəsalınmaz təxliyə tədbirləri tədbirlər nəticəsində onlar xilas edilib və hazırda onların sağlamlığına heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”.

Xatırladaq ki, bir gün əvvəl yerli KİV-lər Dövlət Sərhəd Xidmətinin “Qazax” diviziyasının bölmələrinin Ermənistanla sərhədin Babakər yüksəkliyi istiqamətində mövqelərini irəli çəkdiyi, yeni mövqelər tutduğu haqda məlumatlar yayıb. Həmin məlumatların mənbəyi göstərilməyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə bu məlumatlarla bağlı deyib ki, onlar da sərhədin həmin istiqamətində “yeni mövqelər” tutublar və açıqlamaq istəmirlər. Amma Azərbaycan tərəfi belə davam etsə “sürprizlər” olacaq.

635x100

Şərhlər

Seyid, Ejder bəylər və cənab GENERALa 2019-08-16 15:56:27

Hayestanın 14.06.1988 tarixli Qarabağı işğal fərmanından sonrakı 31 ildə Mustəqim Azərbaycan nəinki, Qarabağları azad edib, hələlik nə sərhədlərimizi Konstitusiyaya uyğun müdafiə edir, nə daxili hərbi genosidi Beynəlxalq tribunala verir? Özgə ərazini tutmaq gərək deyil, heç olmazsa öz ərazimizi kəskin tələb edib, geri almaq iqtidarı ifadə edin.

EJDER 2019-08-16 15:56:27

EWWI NAQIL DANIWMA ,,SURPRIZI,,GORDUK,ESGERIN TERKISILSH OLUNMASININI.QARABAQDA MUHARIBE GEDENDE,,BOEVIKLER,,VOENKOMATDA XIDMET EDIRDI.INDI DAWI ATIRSAN ,,KITAY SKI ,,QENERALA DEYIR

Seyid 2019-08-16 15:56:27

O yüksəklikləri (doğrudan alınıbsa?) hücum edib Qarabağda heç olasa almaq lazım idi, bu günlərdə Paşınyan cavab olaraq.

Elçin İbrahimova 2019-08-16 15:56:27

Nə qədər ki,qohum,əqrəba,yeznə,gəlin hakimiyyəti zəbt edir və buna göz yumulur ,30 ilə yaxındır torpaqlarımız orada yaşayan əhalini köçürməklə təhvil verilib,belə nağıllara milləti inandırmaq mümkün deyil!Tarix yaddan çıxmır.Belə boş,sərsəm məlumatlar avamlar üçündür ki, onları da yığmısınız yuxarı.Sənin əli silahlı əsgərin öz ustavını bilmir,lazımi səviyyədə hazırlaya bilmədiyiniz halda boşuna lovğalanmaq (daxili auditoriyada) kimə nə deyir?1941-45 də almanlar belarus və ukraynalıları köçürmüşdülər?

Son yazılar