"BU, SADƏCƏ DƏHŞƏTDİR..." - Ölkə üzrə şagirdlərin 50%-i bu fənndən 0 bal toplayıb!

"Nə üçün ölkə üzrə bütün 9-cu sinif şagirdləri riyaziyyatdan buraxılış imtahanından 2 qiymət alıb? Düzü, mən də əvvəlcə buna inanmırdım. Lakin o zaman söhbət etdiyim müəllimlər 9-cu sinfin kurikulum üzrə olan riyaziyyatdan 1-ci buraxılış imtahanının nəticələrinin çox bərbad olduğunu bildirirdilər".

"AzPolitika.info"-nun məlumatına görə, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün "facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, nəticələrin bu dərəcədə aşağı olacağını gözləməsə də, DİM-in açıqladığı elmi-statistik təhlil vəziyyətin dəhşətli olduğunu göstərib: "Artıq DİM bir neçə gün öncə 2018/2019-cu tədris ilinin yekun elmi-statistik təhlilini açıqlayıb. Bu statistikaya görə, ölkə üzrə 9-cu sinif riyaziyyatdan 1-ci mərhələ imtahanda, 100 ballıq sistemlə orta göstərici 10 bal olub. Ölkə üzrə 50% 9-cu sinif şagirdi bu mərhələdə 0 bal toplayıb, yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıbBu, sadəcə dəhşətdir.

Maraqlıdır ki, məhz bu mərhələ - kurikulum üzrə əldə olunan nəticələr ötən illə müqayisədə pisliyə doğru dəyişib. Nə üçün belə gözlənilməz nəticələr alınıb?

Problem kurikulumdadır, tədris prosesindədir, testlərin mahiyyətindədir, yoxsa haradadır? Hətta Bakı şəhəri üzrə nəticələr də çox bərbad olub.

Söhbət elədiyim müəllimlərin bəziləri 1-ci mərhələdəki açıq tipli testlərin hədsiz çətin olduğunu da bildirirdilər. Hələlik Təhsil Nazirliyi bununla bağlı açıqlama verməyib".

"AzPolitika"

635x100

Şərhlər

TƏHSİL SİSTEMİNDƏ KORRUPSİYANIN AĞIR NƏTİCƏSİ: 2019-08-16 18:35:44

MƏNBƏ: http://femida.az/az/news/115685 FAKT: "12 yaşımda sinif yoldaşım məni tualetdə zorladı" - Bakıda dəhşətli hadisə-SOS! ...12 yaşlı Samirə adlı qız məktəbin tualetində sinif yoldaşı tərəfindən zorlanıb, qız bildirib ki, zorlandığını bir müddət hər kəsdən gizlədib.Daha sonra anasına bu barədə bildirdikdə evdən qovulub.Bir müddət xalasının evində qalan qız yenidən anasının yanına qayıdıb. Hadisəylə bağlı etiraf videosunu təqdim edirik: SƏBƏB: AZAD AZƏRBAYCAN TƏHSİLİNDƏ MÖVCUD KORRUPSİYANIN və təhsil sisteminin "8-ci km BAZARINA ÇEVRİLMƏSİNİN"...

Köhnə azərbaycanlıya - yazana 2019-08-16 18:35:44

Birincisi hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Şagirdlərin 0 bal toplamasının səbəbini özünüz bildiyiniz kimi şərh yazaraq fikrinizi bildirin. İkincisi yazdığım şərhin əvvəlini oxumayıb, axırına cavab verirsiniz. Axı şərhimin əvvəlində qeyd etmişəmki şagirdlərin 0 bal toplamasının 60%-ni təsil sistemimizdə olan çatışmamazlıqlar ilə bağlamaq lazımdır. Üçüncüsü mən gördüyüm faktlardan danışıram valdeynlərin bir çox qismi gedib məktəbdə uşağın heç davamiyyəti ilə, necə oxuması ilə maraqlanmır. Uşaq var dərs adı ilə evdən çıxır məktəbə getmir. Valideyn var ki işini rüblük vəsiqəyə qol çəkməklə bitmiş hesab edir. Yekun olaraq bildirmək istəyirəm ki cəmiyyət üçün xeyirli evlad yetişdirmək istəyiriksə valdeynlə məktəb arasında sıx ünsiyyət yaratmalıyıq.

Köhnə Azərbaycanlıya 2019-08-16 18:35:44

Əgər orta məktəb proqramlarından xəbərin olsa idi belə düşünməzdin.Proqram o hala gətirilib ki, 10-cu sinif şagirdi 2-3 sinif məsələsini həll edə bilmir.Hətta bir çox müəllimlər müvaföq sinif məsələlərini həll edə bilmir.Bunlardan xəbəriniz olsa idi valideynləri günahlandırıb,əsas hədəfimüdafiə etməzdiniz.Təhsil o hala gətirilib ki, hətta valideynlər üçün də proqram anlaşılmazdır.BUnun məqsədini açıqlamaq əvəzinə məqsədli surətdə yaramaz hala gətirilmiş təhsil sistemin müdafiə etməniz yersiz görünür.

Köhnə azərbaycanlı 2019-08-16 18:35:44

Bu analoqu olmayan inkişafımızın göstəricisidir. Təbii ki bunun 60%-ni təsil sistemimizdə olan çatışmamazlıqlar ilə bağlamaq lazımdır. Amma nə deyirsiz deyin məsuliyyətsiz, övladlarının təhsili ilə maraqlanmayan, gələcəyi haqqında düşünməyən valideynlərin günahı da az deyil. Hələ yazıq Sabir keçən əsrin əvvəllərində yazmışdı ki "Oğul mənimdir əgər oxutmuram əl çəkin. Eyləməyin dəngəsər oxutmuram əl çəkin". Fikrimcə təsilin bütün yükünü dövlətin üstünə qoymaq olmaz. Biz əgər öz övladımızın talehi, sabah necə və nə ilə dolanacaq haqqında düşünmürüksə onda hökümət neyləməlidir. Məncə bütün bəlalarımızın başında bu amil dayanır. Millət öz gələcəyinə biganə olarsa, on hökümət dəyişsə də xeyri olmayacaq. Con Kennedinin sözüdür: “Heç vaxt düşünmə ki Amerika mənim üçün nə edib, fikirləş ki mən Amerka ümün nə etmişəm”. Məncə hər bir valideyn öz övladlarını savadlı kadr və ya səviyyəli sənatkar kimi yetişdirə bilirsə bu artıq Azərbaycan üçün etdiyi ən böyük töhvədir.

TARİX 2019-08-16 18:35:44

OSMAN BƏY SƏBƏBİNİ BİLMİRSƏNMİ? TƏHSİL VƏ SƏHHİYYƏ MİLLƏTİN,DÖVLƏTİN GƏLƏCƏYİNİ TƏMİN EDƏN SAHƏLƏRDİR.ATALAR DEMİŞLƏR: ÇÖRƏYİ VER ÇÖRƏKCİYƏ BİRİNİ DƏ ARTIQ VER.HƏR HANSI SAHƏNİN İNKİŞAFINI İSTƏYİRİKSƏ ONA RƏHBƏRLİYİ PEŞƏKARLARA,XALQINI, DÖVLƏTİN SEVƏN MÜTƏXƏSİSLƏRƏ TAPŞIRILMALIYIQ.

Oqtay 2019-08-16 18:35:44

Təcüblü heçnə yoxdur .Son illərdə bütün yuxarı təşkilatlar çalışırlar ki millət olsun bisavad və bu işdə uğur qazanıblar.Mənim 1ci sinifdə oxuyan nəvəmin çantasına gücüm catmır.3 cü sinifin məsələrini həll etmək olmur .(ali savadlı qırmızı diplomluyuq)5,6 ildən heç kitabı üzündən oxuya da bilməyəcəklər.Bisavadları asan idarə etmək olur

bisavad 2019-08-16 18:35:44

Köhnə Azərbaycanlıya. SİZİN fikrinizcə təhsilin bütün yükünü dövlətin üstünə qoymaq olmaz. Əhalinin əksər təbəqəsinin (Teylorun təbirincə desək tərtökdürən peşələrdə işləyənlərin) maaşı ərzaq və yol puluna çatır. Deməli SİZ deyirsiniz ki, onların övladları təhsildən kənarda qalmalıdır?

Müəllim 2019-08-16 18:35:44

BU dəhşət yox,təhsil sistminin yrmaz təşkilinə sübutdur.Hüseyn Cavidin sözlərini təsdiqini tapır.O demişdir:" Bir milləti millət kimi yox etmək istəyirsinizsə,onun təhsilini bərbad et". Bu isə bu günkü təhsil sisteminin fəaliyyəti ilə sübut olunmaqdadır.Bəs millətin düşməni kimdir?

Son yazılar