“Türkiyə Xankəndidə konsulluq açsın!” – Sabiq deputatdan maraqlı təklif

Naxçıvan və Gəncədə olduğu kimi, Xankəndidə də Türkiyə Cümhuriyyətinin konsulluğu açılsın.

“AzPolitika.info”-nun məlumatına görə, belə qeyri-adi təkliflə sabiq YAP-çı deputat Alqış Həsənoğlu çıxış edib.

Sabiq deputat mövzuya dair “Facebook” statusunda yazır: “Azərbaycanın strateji məntəqələrində - Naxçıvanda və Gəncədə Türkiyənin konsulluğu fəaliyyət göstərir. Xankəndidə niyə olmasın?!

Aydındır ki, hazırda bunu praktiki baxımdan reallaşdırmaq mümkün deyil. Amma bu, heç bir hüquqa zidd deyil. Belə bir qərarın (simvolık olsa da) qəbulu və elanı böyük siyasi fayda gətirər. Bu addım problemin həllinə yeni təkan verər, Ermənistana ciddi xəbərdarlıq olardı...”

A.Həsənoğlu hesab edir ki, təkcə Türkiyə deyil, eyni mövqedən bir neçə müsəlman dövlətinın çıxış etməsi daha böyük siyasi və diplomatik effekt doğura bilər.

“AzPolitika”

635x100

Şərhlər

Jamal 2019-08-16 18:56:18

YAP çı deputat Alqış Həsənoğlu deyib ki , Turkiyə Xankəndində konsulluq açın. Daha bilmir ki, Turkiyə Ermənistanı müstəqil bir ölkə kimi tanısa da indiyə kimi bu ölkə ilə diplomatik əlaqə yaratmayıb.Bundan əlavə Turliyə Dağlıq Qarabağdakı qundarma Arsax dövlətini də tanımayıb.Belə olan halda Turkiyə özünün və heç bir ölkənin tanımadığı Arsax Respublikasının paytaxtı Xankəndində neçə konsulluq aça bilər ?

Mübariz 2019-08-16 18:56:18

Silahı al əlinə get torpağını al. Nə nağıl danışırsan?

alı 2019-08-16 18:56:18

......... Bu gün sag qalmısan şükür elə.Hakimiyyətdə Zeynal Nagdaliyev başda Sahibkarlar Partiyasıdır hansı ki, 1994-95-də ölkədən qovub çıxarmışdınız.

Oqtay 2019-08-16 18:56:18

Türk heç vaxt erməninin kefinə dəyməz və dəyədə bilməz Türlərdən bizə nə vaxt bir xeyir gəlib ki indi də gəlsin com/watch?v=Ko4DidoU3PAhttps://www.youtube

Elli 2019-08-16 18:56:18

konsulluğun açılması mənim fikrimcə Türkiyənin Qarabağı müstəqil dövlət kimi tanınması kimi başa düşülərdi.

Məlik 2019-08-16 18:56:18

Bu nə danışır? Torpağı almaq lazımdır düşməndən. Düşmən azğınlaşıb. Almasaq Gəncəni Bakını da alacaq. Bəsdirin də bu nağılları. Səfərbərlik elan edib 20-60 yaş arası torpağımız uğrunda ölüm-qalım savaşına çıxmalıyıq. Onsuz da bu gedişlə məhv olacağıq. Bəsdirin.

Aqil Vəliyev 2019-08-16 18:56:18

Özün Xankəndinə gedə bilirsən ki, hələ başqasına əriştə doğrayırsan?Bilmirsən ki,Türkiyənin Ermənistanla Diplomatik laqəsi yoxdur?

Son yazılar