Tanınmış alim Pənah Xəlilov vəfat edib

Dərc olunub: 16/08/2019 - 21:10

595d56de776501aBDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Pənah Xəlilov 94 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

“Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub








loading...


Fikrinizi bildirin