“Bizim üçün vacib qələbə oldu” – Qurban Qurbanov

Dərc olunub: 16/08/2019 - 22:25

qurbanov“İlk oyun göstərdi ki, çətin olacaq. Qarşımızda sıx qrafiki var”.”Report”un məlumatına görə, bunları “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Keşlə”ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın I turunun açılış matçından sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, qarşıda həm çempionat, həm avrokubok, həm də milli komandanın oyunları olacağı üçün futbolçular çətinliklə üzləşə bilərlər: “Məni hazırda nəticədən çox futbolçuların sağlamlığı narahat edir. Bütün fikirimiz bu oyunda idi. Şükürlər olsun ki, qalib gəldik. Bizim üçün vacib qələbə oldu. Bu gün bəzi futbolçular oynadı, bəzilərin qoruyub saxlaya bilərik. Qol vuran gənc futbolçumuz İsmayıl İbrahimlini təbrik edirəm. “Keşlə” Bizə çox çətinlik yaratdı. Ruslan Qurbanov, Meza Kolli kimi futbolçular götürüblər. Ümumiyyətlə, yeni oyunçuları təcrübəlidirlər”.
Qurbanov Fransanın “Genqam” klubunun rəsmilərinin Abdullah Zubiri transfer etmək üçün Bakıya gəlmələrinə dair xəbərlərə də şərh verib. O, belə bir təklif almadıqlarını, bu yöndə heç bir mə








loading...


Fikrinizi bildirin